Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Sosial həyat

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmana əsasən hər il 1 noyabr tarixi Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, peşə bayramı münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra nazirliyin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüblər.

AZƏRTAC