Kənd təsərrüfatında yüksək texnologiyaların tətbiqi məhsuldarlığın artımını şərtləndirib
İQTİSADİYYAT

Kənd təsərrüfatında yüksək texnologiyaların tətbiqi məhsuldarlığın artımını şərtləndirib

Yüksək keyfiyyətli məhsullarımız respublikanın trendinə çevrilərəkMade in Azerbaijanbrendi adı altında xaricə ixrac olunur

Tez-tez eşitdiyimizyüksək texnologiya”, “innovasiya”, “innovativ metodlaranlayışları, ilk növbədə, əlbəttə ki, yenilik, yüksək təcrübi vərdişlərin, elmi biliklərin həyata, praktikaya tətbiqi deməkdir. Bəşəriyyət indiki yüksək inkişaf səviyyəsinə yalnız zaman-zaman elmi bilikləri, təcrübi vərdişləri təkmilləşdirərək gəlib çata bilib. Başqa sözlə, innovasiya bəşəriyyət üçün yeni mövzu deyil.

Fərq ondadır ki, hər dövrün, zamanın öz innovasiyası var. İnnovasiya daim yenilənir, inkişaf edir bu proses daim davam edir. Çünki insan həmişə düşünür, yenilik axtarır, tapır istehsalata, həyata, məişətə tətbiq edir. Məsələn, qədim əkinçilik aləti olan xış (müasir kotanın qədim əcdadı) əsrlər boyu təkmilləşdirilərək indiki müasir kotan şəklini alıb. Bəşər övladının bu nəhayətsiz axtarışları bu gün davam etməkdədir.

Ona görə innovasiya həyatımıza yeni daxil olub demək düz deyil. İnnovasiya həmişə mövcud olub, bu gün mövcuddur. Fərq ondadır ki, son 2-3 il ərzində o, həyatımıza, iqtisadiyyatımıza daha sürətlə kütləvi şəkildə nüfuz edib. Səbəb aydındır: dövlətimiz innovasiyaya üstünlük, rəvac verir. Dövlət başçısı cənab İlham Əliyev öz çıxışlarında, görüşlərdə, videoformatda keçirilən qəbullarda yeni texnologiyaların tətbiqinin əhəmiyyətini önə çəkir.

Məsələn, ötən il iyulun 23- Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirildi həmin tədbirdə dövlət başçısı dedi: “Eyni zamanda, su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir. Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır bu, var. Sadəcə olaraq, əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir 50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur”.

Müşavirədə cənab Prezidentə məlumat verilib ki, suvarmada fermerlərin pilot, damlama, yağış yağdırma tamburlu suvarma sistemlərinə marağı böyükdür. Dövlət tərəfindən müasir suvarma sistemlərinin qurulması təşviq edilir.

Dövlət innovasiyaya niyə üstünlük verir? Çünki innovasiyaların tətbiqi kənd təsərrüfatında məhsuldarlığı dəfələrlə artırır, torpaq su ehtiyatlarından daha səmərəli istifadəyə yol açır, məhsulun maya dəyərini aşağı salır, fermer daha çox gəlir əldə edir s.

Yuxarıda göstərilən ya yazıda adı çəkilməyən üstünlüklərə görə ölkəmizdə müasir texnologiyalar bütün iqtisadiyyatda geniş tətbiq olunur, o cümlədən kənd təsərrüfatında da.

Aqrar sahədə innovasiyanı ən çox yeni texnikalarda, kənd təsərrüfatı parklarının, traktor, maşın mexanizmlərinin yenilənməsində, müasirləşməsində görmək olar. Halbuki cəmi 20-25 il bundan qabaq mexanizatorlar köhnə traktorları, digər texnikaları çətinliklə işlədirdilər. Köhnəlmiş kombaynlar taxılın az qala yarısını yerə tökür, zay, məhv edirdi.

İndi bütün bunlar arxada, keçmişdə qalıb. “AqrolizinqASC fəaliyyətə başladığı 20 ilə yaxın bir müddətdə dövlətin dəstəyi təşkilatçılığı ilə Azərbaycana on minlərlə ən müasir kombayn, traktor, digər texnikalar, alətlər gətirib. Təkcə 2018-ci ildə ölkəyə 5800 ədəd ən müasir texnika gətirilib. Bunlar Avropanın, bütövlükdə isə dünyanın ən inkişaf etmiş ölkələrindən alınan respublikamıza gətirilərək fermerlərin ixtiyarına verilən texnikalardır.

Kənd təsərrüfatına lazım olan, fermerin ehtiyac duyduğu ən müasir kombayn, traktor (şum traktoru, becərmə traktoru, nəqliyyat traktoru s.) digər texnikaların, sahə üçün qoşqu vasitələrinin, alətlərinin alınması ölkəmizə gətirilməsi prosesi bu gün uğurla davam edir. Kənd təsərrüfatında ən müasir nəhəng birtexnika ordusucəmləşib desək, yanılmarıq.

Kənd təsərrüfatında innovasiyadan danışsaq, nəhəngtexnika ordusundan sonra diqqəti cəlb edən əsas məsələ ölkədə yeni aqroparkların yaradılması bu işin uğurla davam etdirilməsidir. Hazırda ölkədə 17 aqropark var onların ümumi sahəsi 104 min hektardır. Dövlət başçısı bu ilin aprelində Hacıqabul rayonuna səfəri zamanı məlum olub ki, aqroparkların ümumi sayı 51-ə, torpaq sahəsi 200 min hektara çatdırılacaq. Aqroparkların istehsal gücünün ümumilikdə, ildə 1 milyard manata çatdırılması gözlənilir.

Hazırda fəaliyyət göstərən aqroparklarda iki sahə-torpaq sahələri emal sənayesi özünü birləşdirir. Azərbaycan üçün yeni olsa da, hazırda aqroparkların yaradılması  geniş vüsət alıb. Dövlətin dəstəyinə sahibkarlığın inkişafına əsaslanan aqroparklar getdikcə öz fəaliyyətlərini genişləndirməkdə gücləndirməkdədir.

İnnovasiya kənd təsərrüfatının bütün sahələrində - pambıqçılıqda, taxılçılıqda s. geniş tətbiq edilməkdədir. Pambıqçılıqda əsasən üç ölkənin-Türkiyə, Çin Yunanıstanın yüksək texnologiyaları öyrənilərək tətbiq olunur. Məsələn, Ucarda 10 hektar pambıq sahəsində Çin texnologiyası tətbiq olunub, Beyləqanda, Saatlıda isə bəzi fermerlər pambıqçılıqda damcılama üsuluna keçiblər. Bu işdə elektron kənd təsərrüfatı innovasiya sistemi, kənd təsərrüfatında dronlardan istifadə, müasir əkin metodları da müsbət rol oynayır.

Taxılçılıqda isə kombaynlara quraşdırılmışGPShesabına onlar düzgün diskolasiya olunub taxıl biçini ənənəvi vaxtından 15- 20 gün tez başa çatıb, məhsuldarlıq da hər hektardan 2 sentner artıb.

Müasir texnologiyaların ölkənin kənd təsərrüfatına tətbiqini saymaqla qurtaran deyil. Məsələn, Koreyadan ən müasir maşın texnikalar gətirilərək cənub bölgəsində istifadə olunur. Həmin maşınlardan istifadə etməklə çəltik əkilir vaxtı gəldikdə biçilir. Nəticədə son 3 ildə bu bölgədə çəltiyin əkin sahəsi 2 dəfə artaraq, hazırda 5 min hektarı ötüb.

Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin rəhbərliyi altında ölkəmizdə ilk dəfə olaraq ozonlaşdırma texnologiyası hazırlanıb. AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun mütəxəssisləri isə ozonlaşmanın kənd təsərrüfatında tətbiqi məsələsini sınaqdan keçirməyə başlayıblar.

Şübhəsiz ki, yeni texnologiyaların tətbiqi kənd təsərrüfatında məhsul bolluğu yaradır məhsulların bəzi növlərinin xaricə satılmasına, ölkəyə valyuta axınını təmin edir.

Hələ 2016- il oktyabrın 5- dövlət başçısı qeyri-neft məhsullarınınMade in Azerbaijanbrendi adı altında xarici ölkələrə satılmasını təşviq edən Fərman imzalayıb. Fərmana əsasən ekoloji sağlam məhsullarımızın xarici ölkələrdə seçilməsini təşviq edən məhsulların respublika xaricində tanıdılması, marketinq stimullaşdırılması xərclərini dövlət özü qarşılayır. İqtisadiyyat, Maliyyə nazirlikləri Dövlət Gömrük Komitəsi bu işə dəstək verirlər. Hətta brendin təşviqinə çəkilən xərclərinQaydaları da təsdiqlənib. “Bir pəncərə sistemitətbiq olunub buMade in Azerbaijanbrendi ilə ixracı artırıb. Məsələn, təkcə 2017-ci ilin I yarısında xarici ölkələrə ixrac olunan fındığın dəyəri 32,3 milyon ABŞ dolları təşkil edib. Bu ilin ilk üç ayı ərzində isəBir pəncərə sistemiilə xaricə 37 milyon ABŞ dolları dəyərində məhsul göndərilib.

Beləliklə, keyfiyyətli, ekoloji sağlam Azərbaycan məhsullarının dünyaya ixracı getdikcə genişlənir ölkəmizin siyasi, iqtisadi imici daha da güclənir.

Nəriman CAVADOV,

Respublika”.