Kişineu görüşü: nə danışıldı, nə əldə olundu
Digər xəbərlər

Kişineu görüşü: nə danışıldı, nə əldə olundu

İyunun 1- Moldovanın paytaxtı Kişineu şəhərində Avropa Siyasi Birliyinin növbəti sammiti keçirildi. Sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş baş tutdu. Kişineu şəhərində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması sülh sazişinin imzalanması üçün münbit şəraitin təmin edilməsi məqsədilə əvvəlcə üçtərəfli, daha sonra beştərəfli görüş keçirildi. Üçtərəfli görüşdə Avropa İttifaqının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan iştirak etdi. Beştərəfli görüşdə isə bu prosesə Fransa Prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şolts da qatıldı. Görüş zamanı danışıqların növbəti raundunun iyulun 21- Brüsseldə təşkil olunması barədə razılıq əldə olunub. O vaxtadək isə XİN başçılarının Vaşinqtonda növbəti görüşünün keçiriləcəyi bildirilib.

Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirov bildirib ki, heç bir halda münasibətlərin normallaşdırılması ilə bağlı yeni formatın - Kişineu formatının yaradılmasından söhbət gedə bilməz. Format Brüsseldir. Beləliklə, Brüssel formatının işləməsinə mane ola biləcək addım, Emmanuel Makronun Praqada proseslərə qatılması oldu. Ondan sonra böyük bir fasilə yarandı. Budəfəki görüşə Şoltsun da qatılması ilə hesab olunur ki, müəyyən mənada balans yaranacaq. Çünki Fransa Avropa İttifaqında siyasi lokomotivdirsə, Almaniya iqtisadi lokomotivdir. Almaniyada Azərbaycanla bağlı müsbət tendensiyalar müşahidə olunur. Ona görə , Almaniyanın bu prosesdə iştirakı, müəyyən mənada tənzimlənmə məsələlərinə daha ciddi aydınlıq gətirilməsi proseslərin irəliləməsi üçün münbit şəraitin təmin edilməsi baxımından sərfəli hesab oluna bilər. Lakin bu, heç bir halda Brüssel formatının dəyişdirilməsi anlamına gəlmir.

Görüşlərin nəticələrinə gəldikdə isə, ilk növbədə, Azərbaycan Ermənistan arasında sərhədlərin müəyyən edilməsi ilə bağlı 1991-ci ilin Alma-Ata sənədi əsas götürülüb. Praqada da eyni addım atılmışdı. Bu, o deməkdir ki, Azərbaycan Ermənistan Sovet İttifaqının tərkibində olarkən hansı sərhədlərə malik idilərsə, müstəqil olduqda da eyni olmalıdır. Yəni həmin dönəmdə Qarabağ Azərbaycanın ərazisi idi. 1991-ci ilin Alma-Ata sənədi bunu nəzərdə tutur. Yəni bu, Azərbaycan üçün mühüm məsələdir.

Ermənistan baş naziri Nikol Paşinyanın da mətbuata verdiyi açıqlamada qeyd olunur ki, bu görüşdə, ilk növbədə, hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması ilə bağlı məsələ müzakirə olundu müsbət yanaşma əldə edildi. Onu da qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyevin Kişineu görüşünün nəticələri ilə bağlı yaydığı məlumatda qeyd olunur ki, danışıqlar konstruktiv ruhda davam etdirilib. Ən əsası, danışıqlar məhsuldar olub. Lakin təəssüf ki, Makronun yaydığı məlumat danışıqların ümumi ruhuna tamamilə ziddir. Bu haqda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

İyul ayında Brüsseldə növbəti üçtərəfli görüş keçiriləcək. Bu görüşə indidən ümidlər yaranıb. Çünki kənar qüvvələrin görüşdə iştirakı danışıqlar prosesinə bir az da ağırlıq qatır. Əslində, Moskvada olduğu kimi, Kişineu görüşündən yüksək nəticə gözləyənlər sadəlövhlük edirdilər. Çünki istər Moskvada, istərsə Kişineuda sülh sazişinin imzalanması gözlənilən deyildi. Amma hər bir halda görüşlər danışıqlar prosesindəki intensivlikdən xəbər verir. Kəmiyyət baxımından hər şey qaydasındadır. İstəyirik ki, bütün bu intensivliklər kəmiyyətdən keyfiyyətə keçid alsın.

Nuranə DAXİLQIZI,

"Respublika".