Kişineu görüşü: sülh müqaviləsi üzrə danışıqlar intensivləşir
Siyasət

Kişineu görüşü: sülh müqaviləsi üzrə danışıqlar intensivləşir

Bildiyimiz kimi, mayın 25- Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli Zirvə görüşü keçirildi.

Görüş Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində baş tutdu. Moskva görüşünü Vaşinqton Brüssel görüşünün davamı kimi qiymətləndirə bilərik. Çünki hər iki görüş müsbət nəticələnmişdi. Brüssel görüşündə Paşinyan Azərbaycanın ərazi bütövlüyünü səviyyəsində tanımağa məcbur oldu. Vaşinqton Brüssel danışıqlarından bir neçə gün sonra Nikol Paşinyan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Moskva görüşü isə təsdiq etdi ki, Rusiya Azərbaycan Ermənistan arasında vəziyyətin nizamlanmasında vasitəçi kimi fəal rol oynamaqda könüllüdür. Azərbaycan hər zaman sülh tərəfdarı kimi çıxış edib etməyə davam edir. Azərbaycanın mövqeyi regionda davamlı sülhün təhlükəsizliyin təmin edilməsidir.

İyunun 1- isəAvropa Siyasi Birliyinin Sammiti çərçivəsində Kişineuda Azərbaycan, Ermənistan liderləri, Fransa Prezidenti Almaniya Kanslerinin iştirakı ilə beştərəfli görüş keçirildi. Moskva görüşündən dərhal sonra baş tutan Kişineu görüşü imkan verəcək ki, Azərbaycan Moskvada əldə etdiyi uğuru Kişineuda da yenidən davam etdirsin.

Qeyd edək ki, beştərəfli görüşdə iyulun 21- Brüsseldə üçtərəfli görüşün keçirilməsi qərara alınıb. Bu müddət ərzində isə XİN başçıları Vaşinqtonda görüşəcək, sülh müqaviləsilə bağlı danışıqlar aparacaqlar. Ş.Mişelin vasitəçiliyi ilə aparılan bu danışıqlar daha çox koordinasiya xarakteri daşıyır. Fransa Almaniyanın budəfəki görüşdə iştirakını bütövlükdə qeyri-formal hesab etmək olar.

Qarabağda erməni tərəfinin 30 il ərzində vurduğu zərərlər göz önündədir. Bununla yanaşı, bölgədə separatçı qüvvələr onlara silah daşınması problemi mövcuddur. Erməni tərəfinin dayanmadan həyata keçirdiyi təxribatlar terror əməliyyatları sübut edir ki, qərb qonşumuz sülh danışıqlarında heç maraqlı deyil. Kişineu görüşündə Almaniya Fransa liderlərinin iştirakı çox mühümdür. Çünki Azərbaycan tərəfi öz geosiyasi baxış bucaqlarını Ermənistanın öhdəliklərini -nin iki aparıcı dövlətinin liderinin diqqətinə çatdırdı. Hər kəs Azərbaycan Prezidentinin bu danışıqları aparmaqda necə usta olduğunun, öz mövqeyini qətiyyətlə müdafiə etdiyinin dəfələrlə şahidi olub. Buna görə Ermənistanın Azərbaycan tərəfindən hansısa güzəştə nail olmaq planları boşa çıxacaq. Məlum məsələdir ki, sazişin imzalanması ən çox Ermənistan üçün faydalıdır. Dəfələrlə deyildiyi kimi, əgər ermənilər doğru seçim etsələr, bu, onların iqtisadiyyatı üçün faydalı ola bilər. Beləliklə, əhalinin rifah səviyyəsinin bir qədər yüksələ biləcəyi heç kəs üçün sirr deyil. Lakin Ermənistanda xaosu, anarxiyanı aradan qaldırmaq, görünür, o qədər asan olmayacaq.

"Respublika".