Kişineu görüşündən nə gözlənilir?
Siyasət

Kişineu görüşündən nə gözlənilir?

Bu günAvropa siyasi birliyi” 2-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan Ermənistan rəhbərlərinin Kişineuda görüşü baş tutacaq. Bu görüş Azərbaycanın Moskva görüşündəki uğurunu Kişineuda davam etdirməyə imkan verəcək. Ümumiyyətlə, bu günə qədər keçirilən bütün görüşlərdə Azərbaycan diplomatik uğur qazanıb. Kişineu görüşündən gözləntilər müsbətdir. Qərb regionda enerji layihələrinin icrası üçün iki ölkə arasında sülh sazişinin imzalanmasının tərəfdarıdır. Lakin qeyd etmək lazımdır ki, Ermənistan indiyə qədər törətdiyi təxribatlarla sübut edib ki, hələ sülhə hazır deyil. Kişineu görüşündə nəqliyyat-kommunikasiya məsələsinə, Zəngəzur dəhlizinə toxunulacağını ehtimal etmək olar.

Politoloq Züriyə Qarayeva isə bildirib ki, Kişineu görüşünü bu günə kimi keçirilən görüşlərdən fərqləndirən cəhət onun qeyri-rəsmi formatda keçiriləcəyi ilə bağlıdır. Bu görüşü Avropa İttifaqı Şurasının təşkil etdiyi görüşlərin davamı olaraq qiymətləndirmək olar. Fransanın görüşdə iştirakı ilə bağlı neqativ ab-havanın yaranacağı bəllidir. Çünki biz Fransanın Brüssel formatı çərçivəsində keçirilən görüşlərə müdaxilə cəhdinin şahidi olduq. Beləliklə, Prezident İlham Əliyev dekabr ayında keçiriləcək görüşdən imtina etdi. Lakin düşünürəm ki, Kişineuda Makrona paralel olaraq Almaniya Baş Kansleri Olaf Şoltsun da iştirak etməsi Azərbaycanla razılaşdırılmış bir məsələdir. Bu günə qədər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmış bu istiqamətdə birmənalı ritorika yürüdən Almaniyanın dövlət başçısının Kişineu görüşündə iştirak etməsi, sanki bu proseslərə pozuculuq niyyəti ilə yanaşan Makronu neytrallaşmaq məqsədi daşıyır.

Bu baxımdan, Fransanın bu proseslərə müdaxilə edə bilməyəcəyini düşünürəm. Halbuki Paşinyan məhz Makronun iştirakına görə digər görüşlərlə müqayisədə bu görüşə daha çox önəm verir. Görüşdən praktiki nəticə gözləmək absurddur. Çünki Ermənistan buna hazır olmadığını hər gün sübut edir.

Sərhədlərin delimitasiyası məsələsinə gəldikdə isə Moskva cinahında daha ciddi danışıqlar gedir. Sərhədlərin müəyyənləşdirilməsi üçün istinad edilən xəritənin Rusiyada olduğunu nəzərə alsaq, delimitasiya məsələsinin məhz Moskva görüşlərində həllini tapacağını düşünürəm. Avropada daha çox kommunikasiya əlaqələri ilə bağlı danışıqlar aparılır. Burada Rusiya ilə toqquşan maraqlar var. Məlumdur ki, Avropa İttifaqı Zəngəzur dəhlizinin dəhliz formatında işləkliyinin tərəfdarı deyil. Çünki üçtərəfli Bəyanat əsasında dəhliz açılarsa, nəzarət Rusiya qoşunları tərəfindən həyata keçiriləcək. Lakin istənilən halda, bu ya digər məsələlərin həlli üçün sülh sazişinin imzalanması labüddür. Çünki kommunikasiya əlaqələri yaranırsa, birinci sərhədlər açılmalıdır. Sərhədlərin açılması üçün isə müharibə etmiş iki tərəf sülh sazişi imzalamalıdır. Bu baxımdan da Qərbin əsas məqsədi öz maraqları çərçivəsində Azərbaycan Ermənistana sülh sazişini imzalamaları üçün şərait yaratmaqdır. Yəni Qərb mövcud problemləri görməzdən gələrək, tezliklə sülh sazişinin imzalanmasının tərəfdarıdır. Qərb sülh sazişinin imzalanmasını enerji layihələrinin bölgədə icra olunmasına görə istəyir. İstənilən halda, Ermənistanın sülhə hazır olmadığını düşünürəm. Üçtərəfli Bəyanatın 4- bəndinə riayət olunacağı təqdirdə, Ermənistan sülhə gələ bilər.

Nuranə DAXİLQIZI,

"Respublika".