Kişineuda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub
Siyasət

Kişineuda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub

İyunun 1- Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparıldı, Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında Ukraynaya səfəri səfər zamanı keçirilmiş müzakirələr qeyd edildi. Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Respublikasının Ukraynaya yeni səfiri təyin olunub səfir tezliklə fəaliyyətə başlayacaq.

Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımlarına, ukraynalı uşaqlara göstərilən qayğıya onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə təşəkkürünü bildirdi bunun çox yüksək qiymətləndirildiyini dedi.

Söhbət zamanı Azərbaycanın Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü suverenliyini dəstəkləməsi məmnunluqla qeyd olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mimi qəsrinin xatirə kitabını imzaladı.

AZƏRTAC