Klaudio Taffuri: Əminəm ki, aparılan bərpa-quruculuq işləri sayəsində Qarabağ tezliklə yenidən canlanacaq
MÜSAHİBƏLƏR

Klaudio Taffuri: Əminəm ki, aparılan bərpa-quruculuq işləri sayəsində Qarabağ tezliklə yenidən canlanacaq

Bu səfərdən çox təsirləndim, bütün ərazilər məhv edilib. Bu, mənə çox acı hisslər yaşatdı.

Bunu AZƏRTAC-a açıqlamasında İtaliyanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Klaudio Taffuri bildirib.

Səfir əminliklə qeyd edib ki, Azərbaycan dövlətinin Zəfərdən sonra Qarabağda apardığı bərpa-quruculuq işləri sayəsində tezliklə bölgə yenidən canlanacaq, insanlar öz evlərinə qayıdacaqlar. O zaman hər şey yaxşı olacaq.

İşğaldan azad edilmiş rayonların bərpası üçün İtaliya ilə Azərbaycan arasında xeyli sayda müqavilə imzalanıb. İtaliya şirkətləri bu bölgədə tikinti-quruculuq işlərini həyata keçirməyə hazırdırlar”, - deyə diplomat vurğulayıb.

AZƏRTAC