Kommunikasiyaların açılması istiqamətində razılıq əldə olunub
Siyasət

Kommunikasiyaların açılması istiqamətində razılıq əldə olunub

Mayın 2- Moskvada Azərbaycan, Rusiya Ermənistan baş nazirləri müavinlərinin üçtərəfli görüşü keçirilib. Müvafiq olaraq Şahin Mustafayev, Aleksey Overçuk Mger Qriqoryan nəqliyyat kommunikasiyalarının açılması məsələlərini müzakirə ediblər.

Üçtərəfli İşçi Qrupunun iclasının yekunları barədə mətbuata bəyanatla çıxış edən Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, görüş konstruktiv şəraitdə keçib. Onun sözlərinə görə, Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması istiqamətində mühüm irəliləyiş məmnunluqla qeyd olunub. Xüsusilə Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub. Tərəflər isə üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər.

Bununla da deyə bilərik ki, Moskvada Zəngəzur dəhlizi ya daha ümumi şəkildə ifadə etsək, kommunikasiyaların bərpası ilə bağlı ilkin razılıq əldə olundu. Şimal qonşumuzun vasitəçiliyi ilə bu anlaşma həm Bakı ilə İrəvan arasındakı sülh prosesinin hansı mərhələdə müzakirə olunacağını masada məhz hansı məsələlərin müzakirə olunacağını  təxmin etməyə imkan verir. Bu da öz növbəsində tezliklə sülh müqaviləsinin imzalanacağına işarə edir. Hətta proseslər bu sürətlə irəliləməkdə davam edərsə, sülh sazişinin ilin sonuna qədər imzalanması ehtimalı da real görünür.

İyunun 2- əldə olunan razılaşma həm Rusiyaya əhəmiyyətli imkan qazandırdı. Bu, Moskvanın danışıqlar prosesində yeni rıçaqlar qazanması kimi şərh oluna bilər. Bununla belə, Rusiya sülh prosesində yeganə vasitəçilik edən ölkə deyil. Belə ki, bundan əvvəl mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov Ararat Mirzoyan arasında görüş keçirilib. ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf çox mürəkkəb məsələləri müzakirə edib dayanıqlı sülh razılaşması istiqamətində ciddi irəliləyişə nail olublar.

Ardınca isə mayın 14- Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib. Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, fikir mübadiləsi səmimi, açıq nəticəyönümlü olub əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib. Brüssel görüşündə tərəflər sərhəd məsələləri, nəqliyyat xətlərinin bərpası, humanitar məsələlər Qarabağda yaşayan erməni əhalinin hüquqları təhlükəsizliyi kimi məsələləri müzakirə ediblər. Sözügedən görüşdə liderlər 1991-ci il Alma-Ata Bəyannaməsinə Ermənistanla (29,800 kvadratkilometr) Azərbaycanın (86,600 kvadratkilometr) müvafiq ərazi bütövlüyünə birmənalı şəkildə  sadiqliklərini təsdiqləyiblər.

İyunun 1- isə Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts Fransanın Prezidenti Emmanuel Makron arasında beştərəfli qeyri-rəsmi görüş keçirilib.

Bu təmaslar onu göstərir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün Rusiya, Birləşmiş Ştatlar Avropa İttifaqı rəqabət içindədir.

 Jalə QASIMZADƏ,

"Respublika".