Konstitusiya Məhkəməsi Palatasının iclasında Prokurorluğun sorğusuna baxılıb
Digər xəbərlər

Konstitusiya Məhkəməsi Palatasının iclasında Prokurorluğun sorğusuna baxılıb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 28-nə təyin edilmiş iclasında baxılacaq.

AZƏRTAC