“Külə dönmüş arzular” nümayiş olunub
Mədəniyyət

“Külə dönmüş arzular” nümayiş olunub

Mikayıl Müşfiq adına Gərəkli kənd tam orta məktəbinin akt zalında  narkomaniyanın fəsadlarından bəhs edən “Külə dönmüş arzular” tamaşası nümayiş olunub. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən rayon komissiyasının təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzi tərəfindən təqdim olunan tamaşada məktəblilər, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirak edib.

Tamaşadan əvvəl Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən rayon komissiyasının sədri, RİHB-nın birinci müavini Turan Dibirov çıxış edərək əsrin bəlasına çevrilmiş narkomaniyanın fəsadlarından, bu qorxulu bəlaya qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Vurğulanıb ki,  sağlam həyat tərzinin təbliği, gənclərin sağlam ruhda tərbiyə olunması, onların narkomaniya və bu kimi zərərli vərdişlərdən uzaqlaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, sağlamlıq və yaradıcılıq fəaliyyətinin genişləndirilməsi hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Bu işdə maarifləndirmə tədbirlərinin rolu böyükdür.

M.QULUYEV,

“Respublika”.