Kürdəmir küçələrində işıqlandırma sistemi yenilənir
Region

Kürdəmir küçələrində işıqlandırma sistemi yenilənir

Kürdəmir şəhərində küçə və prospektlərin işıqlandırma sisteminin yenidən qurulmasına start verilib. Şəhərin 118 küçəsində işıqlandırma sisteminin yenidən qurulması nəzərdə tutulur. İlkin olaraq Heydər Əliyev və Bakı prospektlərində işlərə başlanılıb və bunun üçün 100 nəfərdən çox işçi qüvvəsi cəlb olunub.

Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, Kürdəmir şəhərində 68 kilometr uzunluğunda əraziyə 2300-ə yaxın yeni işıq dirəyi quraşdırılması nəzərdə tutulub. Qeyd edək ki,bir neçə onillik bundan əvvəl şəhərin küçələrinə çəkilən işıqlandırma sistemi günün tələblərinə cavab vermir və haqlı narazılıq yaradırdı.

 "Respublika".