Kürdəmir: Pambıq yığımına start verilib
Region

Kürdəmir: Pambıq yığımına start verilib

Kürdəmir rayonunun “ağ qızıl” ustaları bu il tarlalarda bol məhsul yetişdirmişlər. Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi yay aylarında ən böyük problem olan suvarma suyunun əkinlərə optimal müddətdə çatdırlması üçün səy göstərmişdir. Becərmə müddətində aqrotexniki qaydalara riayət olunması, zərərvericilərə qarşı dərman və preparatlardan lazımi qaydada istifadə edilməsi öz səmərəli nəticəsini göstərmişdir. Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Elşən Cəbrayılov deyir:

—Pambıqçılıqla məşğul olan şirkət və emal müəssisələri Kürdəmir torpaqlarında əkinə xüsusi maraq göstərirlər. Bunun nəticəsidir ki, respublikanın 4 iri şirkəti bu il rayonumuzda “ağ qızıl” becərmişdir. “Agro”-1200, MKT-535,5”, “Kürdəmir-Pambıq ASC”-753,4, “Azəri”-30 hektarda, ümumilikdə 2515,55 hektarda əkin aparmışlar. Artıq bir neçə gündür məhsul yığımına start verilib. Hələlik dərim əllə aparılır, qozalar tam açılandan sonra sahələrdə maşınlar yığıma başlayacaq. Məhsul yığımına mütəşəkkil başlamışıq. Kifayət qədər texnika və işçi qüvvəmiz var. hava şəraiti əlverişli olsa, yığımı sentyabr ayının sonunda başa çatdıra biləcəyik.

Tofiq HÜSEYN,

“Respublika”.