Kürdəmir Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim olunub
Digər xəbərlər

Kürdəmir Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim olunub

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elxan Oqtay oğlu İbrahimov fevralın 19-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Elxan İbrahimov ona göstərilən etimada görə minnətdarlıq edib.

AZƏRTAC