Kürdəmirdə taxıl biçininə start verildi
Region

Kürdəmirdə taxıl biçininə start verildi

Kürdəmirdə taxıl biçininə start verilib. Biçin kampaniyasının vaxtında başa çatdırılmasını təmin etmək, habelə məhsul istehsalçılarına lazımi köməklik göstərmək məqsədilə rayonda zəruri işlər vaxtında görülüb. Biçinə ilk olaraq rayonun Qarasu, Şilyan Pirili kəndlərində fəaliyyət göstərən fermerlər başlayıblar.

Məhsulun yığılması, daşınması saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri həyata keçirilib, maarifləndirmə işləri aparılıb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Biçininin mütəşəkkil keçirilməsi optimal müddətdə başa çatdırılması üçün texnikalar saz vəziyyətə gətirilib. Taxıl biçininə, ümumilikdə, rayon üzrə 70 taxılbiçən kombayn cəlb edilib.

Qeyd edək ki, rayonda bu ilin məhsulu üçün 38 min 878 hektarda taxıl yetişdirilib. Əkin sahələrinin 12 min 118 hektarı buğda, 26 min 760 hektarı arpadır.

Biçinin ilk günlərindən fermerlər məhsuldarlıqdan razılıq edirlər.

Tofiq HÜSEYN,

Respublika”.