Laçın özünün inkişaf dövrünü yaşayır
Siyasət

Laçın özünün inkişaf dövrünü yaşayır

Doğma yurdlarını may ayında tərk edən laçınlılar 31 il sonra elə may ayında da Vətənə döndülər

44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü təmin edən Azərbaycan öz torpaqlarına sahib çıxdı. Kənd-kənd, şəhər-şəhər bütün  ərazilərini düşməndən geri aldı. Müharibəni sona çatdıra bilməyən qarşı tərəf təslim oldu. Azərbaycan Prezidenti, Rusiya Prezidenti Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1- Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı əsl sahibinə təhvil verildi.

Düşmən təcavüzünə  qətiyyətlə sinə gərən, çətinliklərə, məşəqqətlərə boyun  əyməyən Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. O illərdə Azərbaycanda hakimiyyət uğrunda səngimək bilməyən  mübarizələr düşmənə alçaq niyyətini həyata keçirməyə meydan açırdı. Məqsədlərinə çatmaq üçün  hər vasitəyə əl atan  AXC-Müsavat cütlüyünün xəyanətkarlığı nəticəsində 1992-ci il  may ayının 8- Şuşa ermənilər tərəfindən işğal olunduqdan sonra Laçın ətrafında yerləşən rayon yaşayış məntəqələrini ələ keçirən erməni silahlı qüvvələri daha da fəallaşmışdı. Mayın 16-dan 17- keçən gecə  Şuşa şəhərinin Turşsu ərazisindən Gorus rayonu istiqamətindən Laçın rayon mərkəzi intensiv olaraq ağır artilleriya silahlarından  atəşə tutuldu, Şuşanın işğalından düz  10 gün sonra  isə  Azərbaycanın mühüm hərbi-strateji əhəmiyyətə malik olan, qala qapısı sayılan Laçın rayonu düşmənə təslim edildi. Minlərlə laçınlı doğma yurdundan didərgin düşdü, şəhər odlara qalandı. Laçının yamğalanmasından  sonra ermənilər Qarabağın hər tərəfində əl-qol açdı. Qarabağı Ermənistandan ayıran Laçın dəhlizi düşmənin nəzarətinə keçdi. Bu dəhliz vasitəsilə  Qarabağa  silah, döyüş sursatı hərbi qüvvələr daşındı. Erməni təcavüzünün miqyası gündən-günə daha da genişlənir, ətraf rayonların taleyi təhlükə altında qalırdı.

 Düşmən demək olar ki, öz mənfur niyyətini həyata keçirə bildi. Lakin 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayarkən  ağlından keçirmədi ki, bu torpaqların öz sahibi var bir gün o, geri dönəcək, əsl həqiqəti bütün dünyaya bəyan edəcək.

44 günlük Vətən müharibəsində cənub hissəsi işğaldan azad olunan Laçın rayonu tam olaraq  Azərbaycanın nəzarətinə keçməmişdi. Azərbaycanın Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yoluna alternativ yol çəkməsindən sonra ötən il  avqustun 26-da Azərbaycan Ordusu Laçına daxil olduLaçın şəhəri, Zabux Sus kəndləri nəzarətə götürüldü.

Sentyabr ayının 21- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı. Bu qürurverici anı ölkə başçımız belə ifadə etmişdir: "Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır".

Artıq Laçın özünün inkişaf dövrünü yaşayır. İşğaldan azad olunmuş bütün ərazilərimiz kimi  yenidən qurulur, yaradılır. Ölkə başçımız mütəmadi səfərləri çərçivəsində rayonda aparılan quruculuq işləri ilə tanış olur, müəssisələrin təməlini atır, tikintisi başa çatan  obyektlərin açılışını edir. Prezident İlham Əliyevin Laçına ilk səfərində təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq, generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınmışdır. Stansiyanın işə salınması Həkəri çayından istifadəyə imkan yaratmaqla yanaşı, həm burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcəkdir.

Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər körpü inşa ediləcək. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.

Həmçinin Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonunda davam etdirilir. Zəngilan-Qubadlı-Laçın yolu ilə yanaşı, Kəlbəcər, Laçın rayonlarında həm strateji, həm sərhəddəki mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən uzunluğu 700 kilometrə qədər olan  hərbi əhəmiyyətli yollar çəkilir. Eyni zamanda uzunluğu 70 kilometr olan 4 hərəkət zolaqlı Xudafərin-Qubadlı-Laçın, 73 kilometr uzunluqlu 2 hərəkət zolaqlı Kəlbəcər-Laçın avtomobil yollarının tikintisi  uğurla aparılır. Dünya tarixində dağ relyefində ilk dəfə olaraq Laçın rayonunun Qorçu kəndində hava limanının tikinti işləri gedir. Olduqca mühüm strateji əhəmiyyətə malik, Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verməklə bərabər, həm işğaldan azad olunmuş ərazilərimizdə   bütün növ, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcəkÖlkə başçımızın 2020-ci il iyunun 26-da təməlini qoyduğu Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bütün görülən görüləcək işlər yalnız bir məqsədə - 30 ildir doğma el-obasından didərgin düşmüş laçınlıların ata-baba yurdunda rahat xoşbəxt yaşamasına xidmət edir.

31 il öncə qanlı-qadalı bir may günündə  yağı düşmən tərəfindən işğal olunan Laçının öz sakinlərini  elə may ayında yenidən qarşılayacağını  təsadüf, yaxud da tarixin təkrarlanması kimi qeyd etmək olardı. Lakin ölkə başçımız laçınlıların məhz may ayının 28- yurd yerlərinə dönüşünün rəmzi məna daşıdığını bildirdi: "Bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir. Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin qədər güclü olmasını bir daha göstərirMay ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq".

May ayının 28- qısa müddət ərzində böyük bir hissəsi yenidən qurulan  Laçın şəhərində olarkən  ölkə başçımız  20 ailənin artıq  doğma torpağına qayıtdığını iyun ayının sonunda digər ailələrin köçürüləcəyini şəhər sakinlərinin diqqətinə çatdırıb. 7-8 ay ərzində  620-si fərdi yaşayış binası olmaqla 700 binanın tikildiyini bildirən Prezident İlham Əliyev görüləcək işlərin, reallaşdırılacaq layihələrin genişmiqyaslı olduğunu  ilin sonuna qədər burada daha çox ailənin yaşaya biləcəyini vurğulayıb: "Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik. Bildiyiniz kimi, Zabux Sus kəndləri Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilmişdir orada da fəal aparılır. Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha da böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik".

Bəli, özünəməxsus füsunkar təbiətə, əlverişli coğrafi mövqeyə malik olan Laçının yenidən qurulması istiqamətində işlər geniş vüsət alıb. Növbəti 20 il ərzində  ərazisinin  713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılan şəhərdə  xəstəxana, İşğal Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət turizm obyektlərinin yaradılacağı nəzərdə tutulur.

İnfrastrukturun bərpası, məcburi köçkünlərin öz evlərinə qayıtması  üçün ciddi səylər göstərilir. Baş Plana uyğun olaraq yenidən qurulması  nəticəsində  Laçın yaxın gələcəkdə Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcək ki, bu da  keçmişin yaralarını sağaldacaq, laçınlıların  doğma yurdlarında firavan həyatını təmin edəcək.

Bütün bunlar illərin məşəqqətinə sinə gərmiş xalqın dözümlülüyünün, qətiyyətinin təcəssümü olmaqla, həm sülhün diplomatiyanın münaqişə təcavüz üzərində qələbəsinin ifadəsidir.

Mehparə ƏLİYEVA,

"Respublika".