Laçın-Xankəndi yolundakı aksiya 136 gündür davam edir
Digər xəbərlər

Laçın-Xankəndi yolundakı aksiya 136 gündür davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Laçın-Xankəndi yolunda ekofəallar QHT təmsilçilərinin haqlı mübarizəsi 136 gündür ki, davam edir. Etirazçılar tələbləri yerinə yetirilənə qədər mübarizələrini dayandırmayacaqlar. Onlar müxtəlif dillərdə öz etirazlarını səsləndirərək dünya ictimaiyyətini ekoloji terrora sakit qalmamağa, haqsızlığa qarşı ayağa qalxmağa səsləyirlər. Ekoaksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, şüarlar səsləndirirlər. Ekoaksiyanın keçirildiyi ərazi humanitar məqsədlər üçün tam açıqdır.

Mənfur ermənilərin Qarabağda törətdiyi ekoloji terror "Bioloji müxtəliflik", "Ramsar" "Bern" beynəlxalq konvensiyalarının tələblərini pozur. Bütün bunlar Ermənistanın bir daha hüquq normalarına riayət etmədiyini, özbaşınalığını təsdiqləyir. Səhərlərini Azərbaycanın Dövlət Himni ilə açan gənclər vətənpərvərlik ruhunda yazılmış mahnılar səsləndirirlər. Dünyanın bir çox mətbuat orqanları xalqımızın haqlı mübarizəsi haqqında məqalələr yayımlayıb.

Xatırladaq ki, ötən il dekabrın 3- 7- Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmadı. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar. Azərbaycan xalqı təbii ehtiyatlarının qanunsuz istismarına etiraz edir, ətraf mühiti qorumaq üçün mübarizə aparır. Xalqımız Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclərlə fəxr edir, Azərbaycan gəncinin qədər yüksək keyfiyyətlərə malik olmasından qürur duyur.

Nəzrin CAVADZADƏ,

"Respublika".