Laçına firavan həyat qayıdır
Siyasət

Laçına firavan həyat qayıdır

Laçının işğalçılardan azad edilməsi həm döyüş meydanında, həm diplomatiya danışıqlar formatında tam qələbə ilə başa çatdırıldı. Qəhrəman oğullarımızın şücaəti qəhrəmanlığı sayəsində bu tarixi Zəfər təkcə Ermənistanı deyil, dünya erməniliyini, erməni lobbisini, hayları şər yoluna səsləyən kilsəni, doğulan uşaqlarının qulağına türk sənin düşmənindir pıçıldayan din xadimlərini, daşnak ideyalarının daşıyıcılarını, ermənipərəst qüvvələri, erməni təəssübkeşliyi göstərən bəzi ölkələri məğlub edərək onları sarsıtdı.

Qəhrəman ordumuz Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha böyük mənada iki yüz illik erməni işğalına, hayların azərbaycanlılara qarşı törətdikləri deportasiyaya, qanlı faciələrə, doğma yurd həsrətinə son qoydu. Diplomatiyada döyüş meydanında nümayiş etdirilən əzmkarlıq, fədakarlıq, yurd təəssübkeşliyi, torpaq məhəbbəti işğaldan azad edilən ərazilərimizdə aparılan genişmiqyaslı tikinti-quruculuq işlərində eyni ahənglə davam etdirilir. Özü bu nəhəng işlər çox böyük həvəslə, istəklə, ruh yüksəkliyi, dərin inamla aparılır, düşmən tapdağından azad edilən torpaqlarımız insan əllərinin qüdrəti ilə laləzara çevrilir. Ermənistanın otuz ilə yaxın viran qoyduğu, taladığı, sərvətlərini istismar etdiyi Laçın torpağına indi firavan həyat qayıdır.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mayın 28- keçmiş məcburi köçkünlərin bərpa edilən yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanıb dövlətimizin başçısı yeni evlərin açarlarını sakinlərə şəxsən özü təqdim edib. Bu adi açarlar deyil, bu dövlət müstəqilliyimizin möhkəmləndirilməsinin, hərbi gücümüzün, xalq lider birliyinin, fədakarlığın, qələbənin uğur açarıdır. Prezidentin Laçına köçürülən sakinlərlə görüşündə yurda dönüş həyəcanını yaşayan yaşlıların da, uşaqların da, cavanların da minnətdarlıq ifadə edən sevinc göz yaşları, otuz ildən sonra dövlət tərəfindən tikilən yeni modern evlərində gecələmək hissi, dillərdə dolaşan alqış dualar sözə sığan deyil. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu park 3" yaşayış kompleksindən yola salınıb, birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürülüb. İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə yaşayacaqlar. Bu günə qədər isə dünyanın siyasət meydanında böyük səbir, dözüm, iradə, yüksək intellekt, zəngin təfəkkür nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyevin gərgin səmərəli fəaliyyəti nəticəsində düşmən qüvvələr bir-bir zərərsizləşdirildi, iqtisadi güc toplayandan sonra hücum diplomatiyası ilə dünyanı cənginə alan erməni mifi darmadağın edildi, daşnak ideologiyasının bel sütunu sındırıldı.

Yurd sevincini yaşayan laçınlılar deyirlər ki, uzun illər torpaq həsrəti ilə yaşasalar da, məcburi köçkünlər daim dövlət qayğısı ilə əhatə olunublar. Onların sosial müdafiəsinin təmin olunması istiqamətində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətini möhtərəm Prezidentimiz İlham Əliyev davam etdirib, bu kateqoriyadan olan həmvətənlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ardıcıl genişmiqyaslı tədbirlər həyata keçirib. Məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman diqqət göstərib, onlara yaxından kömək edib. Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış Proqramı uğurla icra olunur. Dövlətimizin başçısı İlham Əliyev mayın 28- Laçın şəhərində bu rayondan olan sakinlərlə görüşdə bildirdi ki, biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Laçın şəhərinin bugünkü siması, - halbuki qeyd edirəm, bu, sadəcə olaraq birinci mərhələdir, - göstərir ki, biz qurub-yaradan xalqıq göstərir ki, bu torpaq bizimdir.

Laçına səfəri çərçivəsində Prezident İlham Əliyev Qorçu Şəlvə kəndlərinin təməl daşını qoyub aidiyyəti dövlət qurumlarına Laçına qayıdacaq sakinlərin sosial durumunun yaxşılaşdırılmasına dair Dövlət Proqramına əsasən yerlərinin açılması ilə bağlı öz tövsiyə tapşırıqlarını verib. Qeyd edək ki, Laçına qayıdacaq sakinlərin yerləri ilə bağlı heç bir problemi olmayacaq artıq 7 müəssisəyə işə qəbul başlayıb. Sakinlərə heç bir qadağa yoxdur onların müraciəti əsasında ixtisasa uyğun yönləndirmə işləri aparılır. Laçında yaradılan aqroparkda sənaye istehsalat müəssisələri fəaliyyət göstərəcək. Laçın sakinlərinin işlə təmin olunması üçün iri xırda müəssisələrin açılması da nəzərdə tutulur. Aqroparkda artıq müəyyən işlər həyata keçirilib. Hazırda tikinti işləri bitmək üzrədir. Artıq Laçına qayıdacaq 200 nəfərdən çox sakin işlə təmin olunacaq. Bundan başqa, Həkəri çayının kənarında balıqçılıq təsərrüfatının yaradılması da nəzərdə tutulub. Bu təsərrüfatda bir çox insanlar yerləri ilə təmin ediləcəklər.

Laçın şəhəri ecazkar bir görkəm alır, burada regionda analoqu olmayan modern evlər tikilir, geniş küçələr, parklar salınır, bir sözlə, bütün infrastruktur böyük zövq şövqlə yaradılır. Daha da gözəlləşən abadlaşan Laçın şəhərinə köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər zabitlərimizə minnətdarlıqlarını bildirirlər. Böyük Qayıdış köçü başlayıb, rahat geniş yollar keçmiş məcburi köçkünləri Ağdama, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Zəngilana, Kəlbəcərə aparacaq, Qarabağ Şərqi Zəngəzurda insanlar rahat firavan yaşayacaqlar.

Salman ALIOĞLU,

"Respublika" .