Laçının təhlükəsizliyi prioritet vəzifədir
Digər xəbərlər

Laçının təhlükəsizliyi prioritet vəzifədir

"Biz dağları kəsərək böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək". Bu sözləri Prezident İlham Əliyev martın 28- Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib. Dövlət başçısının sözlərinə görə, artıq iki ildən çoxdur ki, Laçın rayonunun bərpası istiqamətində işlər aparılır bir sıra proseslər artıq yekunlaşıb. Hazırda Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. Amma o bölgədə heç vaxt aeroport olmadığından ərazidə uçuş-enmə zolağının inşası üçün düz yerin tapılmasında müəyyən çətinliklər yaranıb.

Laçın rayonu ölkəmizin ən potensiallı bölgələrindən biri olsa da, ərazi 28 il işğal altında olduğundan rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilib, ətraf mühitə böyük ziyan vurulub. Bütövlükdə, ərazinin meşə fondunun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilərək satılıb. Ərazinin böyük hissəsi isə Laçın rayonunda olan meşə fondudur. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparıblar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilərək orada yerləşdiriliblər. Bu isə öz növbəsində bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Bu səbəblərə görə , İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi Azərbaycan ordusu faktiki olaraq rayonun cənub hissəsini döyüşərək azad etdi. Güləbird digər bir neçə kənd döyüş meydanında geri qaytarıldı. Laçın rayonunun digər hissəsi isə siyasi yollarla azad olundu. Belə ki, müharibə başa çatanda rayon Azərbaycanın nəzarətinə keçsə , Laçın şəhəri kənarda qalmışdı. Bunun isə obyektiv səbəbləri var idi. Çünki Ermənistandan Qarabağa gedən yol Laçın şəhərinin ortasından keçirdi. 2020-ci il noyabrın 9-da Rusiya Prezidenti ilə gün ərzində aparılmış telefon danışıqları nəticəsində Azərbaycan hökuməti Laçın şəhərindən alternativ yolun çəkilişinin üçtərəfli Bəyanata daxil edilməsinə nail oldu.

Vətən müharibəsindən sonra ölkə başçısı tərəfindən dərhal göstəriş verildi ki, Laçın yolunun marşrutu müəyyən edilsin. Nəticədə, Laçın şəhərindən yan keçən yeni yol çəkildi keçən il avqustun 2- istismara verildi. Avqustun 26-da isə Azərbaycan ordusu Zabux, Sus kəndlərinə Laçın şəhərinə daxil oldu.

Ölkə başçısının rəhbərliyi ilə bu gün Laçın rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Rayonda beynəlxalq hava limanı inşa edilir, Kəlbəcər-Laçın yolunun yenidənqurulması aparılır, Göygöl rayonundan Şərqi Zəngəzura yol çəkilir, Qubadlı-Laçın yolu tikilir. Şəhərdə Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək.

Hazırda Azərbaycan dövlətinin qarşısında duran əsas məqsəd Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlərin bundan sonra rahat yaşamalarının təmin edilməsidir. Bununla bağlı Zabux Sus kəndlərinin tamamilə yenidənqurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. İki il ərzində Laçın rayonuna təqribən 10 minə yaxın keçmiş köçkünün yerləşdirilməsi nəzərdə tutulub. Artıq Güləbird Qorçu kəndlərinin Baş planı təsdiqlənib.

Quruculuq işlərinin birinci mərhələsində Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası tamamilə əsaslı təmir olunur 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işlər cari ilin sonuna qədər başa çatdırılacaq. Bu gün Laçın şəhərinin bütün infrastrukturu - su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar  yenidən qurulur. Yaxın gələcəkdə isə Laçın, nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Jalə QASIMZADƏ,

"Respublika".