LƏNKƏRAN DÜNYANIN MƏTBƏX MƏDƏNİYYƏTİ PAYTAXTI SEÇİLDİ
Region

LƏNKƏRAN DÜNYANIN MƏTBƏX MƏDƏNİYYƏTİ PAYTAXTI SEÇİLDİ

Lənkəran mətbəxi qədim tarixi, zəngin çeşidi,dadlı, ləzzətli yeməkləri, özünəməxsus mədəniyyəti ilə tanınır. 8 Noyabr Zəfər bayramı günü subtropiklər diyarına daha bir şad xəbər gəldi. Cənub bölgəsinin mərkəzi kimi tanınan Lənkəran UNESCO tərəfindən Dünyanın Mətbəx Mədəniyyəti Paytaxtı elan olunub.

Dörd il ərzində  Dünyanın Mətbəx Paytaxtı Lənkəranda fəailiyyət göstərəcək. Lənkəran həmçinin, UNESCO-nun 49 yaradıcı şəhərlər siyahısına da daxil edilib. Məlumat artıq UNESCO-nun rəsmi saytında dərc edilib. Qeyd edək ki, 2017-ci ildə Şəki, 2019-cu ildə isə Bakı həmin siyahıda yer almışdı.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.