Lənkəranda kitab festivalı
Region

Lənkəranda kitab festivalı

Xalqımızın böyük oğlu, ümummilli lider Heydər  Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Lənkəranda silsilə tədbirlər davam edir.  Növbəti tədbir Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda keçirilib.

Festival N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının qarşısında açıq havada təşkil olunub. Ulu öndərin mənalı və zəngin ömür yolu, dövlətçilik fəaliyyəti haqqında kitablardan, Lənkəran şəhər uşaq rəssamlıq məktəbinin şagirdlərinin ulu öndərin yubileyinə həsr etdikləri rəsm əsərlərindən və uşaq ədəbiyyatından ibarət sərgilər nümayiş olunub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri festivalın açılışında iştirak edib, sərgilərlə tanış olublar.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.