Leyla Abdullayeva: Bu günədək Ukraynadan 4000-ə yaxın azərbaycanlı sərhədi keçib
Digər xəbərlər

Leyla Abdullayeva: Bu günədək Ukraynadan 4000-ə yaxın azərbaycanlı sərhədi keçib

Ukraynada yaranmış vəziyyətlə əlaqədar ilk saatlardan başlayaraq həmsərhəd ölkələrlə danışıqlar aparılıb. Azərbaycan vətəndaşları Moldova, Polşa, Slovakiya, Rumıniya, Macarıstan istiqamətindən keçərək Ukraynanı tərk edə bilərlər. Onlar üçün viza rejimi ləğv edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, bu günədək Ukraynadan 4000-ə yaxın azərbaycanlı sərhədi keçib. Hazırda hərbi əməliyyatların davam etdiyi ərazilərdən azərbaycanlıların təxliyəsi əsas məsələdir.

Leyla Abdullayeva, həmçinin qeyd edib ki, dünən 800-dən çox azərbaycanlı qatarla Xarkovdan Moldova istiqamətində yola salınıb.

AZƏRTAC