Leyla Abdullayeva: Ermənistandan fərqli olaraq, Azərbaycanın bu günədək heç bir dövlətə qarşı ərazi iddiası olmayıb
Digər xəbərlər

Leyla Abdullayeva: Ermənistandan fərqli olaraq, Azərbaycanın bu günədək heç bir dövlətə qarşı ərazi iddiası olmayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə brifinqdə səsləndirdiyi fikirlərlə bağlı KİV-in suallarını cavablandırıb.

AZƏRTAC xəbər verir ki, Leyla Abdullayeva Nikol Paşinyanın Azərbaycanın qonşu dövlətlərin ərazisinə iddiasının olması, sərhəd gərginliyi yaratması delimitasiya prosesinə əngəl törətməsi kimi fikirlərinin növbəti, tamamilə yalan iftira dolu bəyanat olduğunu bildirib.

Leyla Abdullayeva deyib: “Bu cəfəng iddiaları 30 ilə yaxın Azərbaycana qarşı təcavüz siyasəti həyata keçirən, ərazilərini işğal altında saxlayan, bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını pozan ölkənin lideri səsləndirir. “Böyük Ermənistanxülyasından çıxış edərək Azərbaycana qarşı ərazi iddialarını bu gün davam etdirən, bu iddiaların ölkə Konstitusiyasında əks olunduğu Ermənistanın baş naziri görünür ki, ölkəsinin aqressiv, destruktiv barışmaz siyasətinə hər hansıəsaslaryaratmağa çalışır. N.Paşinyanın diqqətinə çatdırırıq ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın bu günədək heç bir dövlətə qarşı ərazi iddiası olmayıb. Azərbaycan dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmətlə yanaşır eyni yanaşmanın Azərbaycana münasibətdə nümayiş etdirilməsini tələb edir.

Azərbaycan xalqının milli tarixi yaddaşında soydaşlarımızın tarixən köklü xalq olaraq yaşadığı müasir Ermənistan ərazisi Qərbi Azərbaycan adlanır məlum olduğu kimi, XX əsr ərzində soydaşlarımız bu ərazidən, sonuncusu 1988-ci il olmaqla, üç dəfə deportasiya edilib. Zəngəzur bölgəsi, onun şərq qərb hissələrinə bölünməsi tarixi reallıqdır. Soydaşlarımızın həmin ərazilərə qayıtması onların malik olduğu ən təbii haqlarıdır. Bu, ərazi iddiası yox, qaçqınların öz evlərinə geri qayıtmasıdır, necə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat bunu özündə ehtiva edir.

O ki qaldı, Paşinyanınsərhəd gərginliyi, delimitasiya prosesinə əngəl törətməkiddialarına, bu, Ermənistan baş naziri vəzifəsini icra edən şəxsin riyakarlığından başqa bir şey deyil. Ərazi bütövlüyünü təmin edən Azərbaycan ərazilərinin işğalı amilinin aradan qaldırılması ilə beynəlxalq hüquq prinsipləri əsasında münasibətləri normallaşdırmağa, delimitasiya demarkasiya prosesini başlamağa hazır olduğunu bəyan edib, bu istiqamətdə əməli addımlar atıb. Ermənistan isə bunun qarşılığında vəziyyəti gərginləşdirmək, revanşizm, sülhü şərtləndirmək mövqeyindən çıxış edir. İllərdir ki, sərgilənən bu destruktiv yanaşmanın Ermənistan üçün ilə nəticələnəcəyini təxmin etmək isə çətin deyil”.

AZƏRTAC