Liviyanın müvəqqəti işlər vəkili: İşğal edilmiş ərazilər öz sahibinə qayıdıb
MÜSAHİBƏLƏR

Liviyanın müvəqqəti işlər vəkili: İşğal edilmiş ərazilər öz sahibinə qayıdıb

Azərbaycan hökumətini, xalqını səmimi qəlbdən təbrik edirəm. Bu ərazilər öz sahibinə qayıdıb.

AZƏRTAC xəbər verir ki, bunu Liviyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Əşrəf Adəm deyib.

İşğaldan azad olunmuş ərazilərə səfər etdiyi üçün xoşbəxt olduğunu bildirən müvəqqəti işlər vəkili qeyd edib: "Bu torpaqlar işğaldan azad edilib və burada sürətli tikinti işləri gedir. Yurdlarından məcburi köçkün düşən insanların tezliklə buraya qayıdacaqlarına ümid edirik. Buralar çox gözəldir, sanki cənnətdir. Mən Azərbaycan igidlərini salamlayır və onları dəstəkləyirəm".

AZƏRTAC