Luici Di Maio:  İtaliya minatəmizləmə sahəsində Azərbaycana əlavə dəstək göstərəcək
MÜSAHİBƏLƏR

Luici Di Maio:  İtaliya minatəmizləmə sahəsində Azərbaycana əlavə dəstək göstərəcək

İtaliya minatəmizləmə sahəsində Azərbaycana əlavə dəstək göstərəcək.

AZƏRTAC xəbər verir ki, bunu İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C.Bayramov deyib ki, bu məsələ onun italiyalı həmkarı ilə bugünkü görüşündə müzakirə edilib. "İtaliya şirkətləri bu prosesdə iştirak edirlər. Luici Di Maio İtaliya şirkətlərinin bununla bağlı əlavə addımlar atacağını söylədi. Bildirdi ki, minatəmizləmə sahəsində Azərbaycanın müvafiq qurumlarına dəstək göstəriləcək", - deyə Azərbaycan XİN-in başçısı qeyd edib.

AZƏRTAC