Makronun ermənilərə yarımayan havadarlığı
Digər xəbərlər

Makronun ermənilərə yarımayan havadarlığı

Vətən müharibəsində işğalçı Ermənistanın ağır məğlubiyyətə uğraması dünya erməniliyini onların havadarlarını ciddi şəkildə narahat etməkdədir. Bu mənada, Fransa onun prezidenti Emmanuel Makronun da erməni sevgisini qeyd etmək lazımdır. Fransa Prezidentinin xalqa müraciətindən sonra ölkədə etirazlar yenidən alovlanıb. Fransanın böyük şəhərlərində yaşayan sakinlər Makrona narazılığını bildirmək üçün küçələrə axışıblar. Belə ki, Parisdə 2000-ə yaxın etirazçı nümayişə qatılıb. Qeyd edək ki, Fransanın aparıcı həmkarlar ittifaqları ölkədə pensiya yaşının artırılmasına qarşı ümumxalq etirazı təşkil ediblər.

Ölkəsində kütləvi etirazlara səbəb olan müzakirə olunan pensiya islahatı fonunda Emmanuel Makronun reytinqi son üç ildə ən aşağı səviyyəyə çatıb. Bunu IFOP sosioloji xidmətinin bazar günü Le Journal du Dimanche qəzetində dərc etdirdiyi sorğunun nəticələri sübut edir. Sorğunun nəticələrinə görə, sorğuda iştirak edən fransızların yalnız 32 faizi Makronun prezident kimi fəaliyyətindən razıdır. Bu, bir ay əvvəllə müqayisədə 2 faiz azalma deməkdir. Deməli, ermənilər, elə Paşinyanın özü belə Makronun bütün tövsiyələrini, eləcə yanlarında olması fikirlərini dəyərləndirərkən bu məqamı da nəzərdən qaçırmamalıdır. İndi onun özünün yanında olan lazımdır ki, nəinki dünya siyasi arenasında qlobal oyunçu kimi, hətta ölkəsinin prezidenti olaraq qala bilsin

Fransa böyük dövlət rolunu itirir. Təbii ki, bunun əsasında, ilk növbədə müsəlman dünyasına nifrət dayanır. İmperiya qüdrətli dövlət olduğu dövrdə Afrika Asiyanın müsəlman ölkələrində qul alveri ilə məşğul olmuş Fransa artıq həmin ərazilərdə mövqelərini itirib. Buna görə hazırda onları ənənəvi üsullarla yenidən ələ keçirməyə cəhd göstərir. Rəsmi Paris artıq müstəqil olan həmin ölkələrlə bərabərhüquqlu davranmağa özündə güc tapmır. Beynəlxalq aləmdə siyasi rəqabətə davam gətirə bilməyən Fransa Ermənistan kimi faktorlardan Türkiyə Azərbaycana qarşı istifadə edir. Makron bu acınacaqlı cəhdləri Fransanın xarici siyasətinin, xüsusən Afrika qitəsi ölkələrinə münasibətdə tam fiaskosu fonunda nümayiş etdirir. Makronun Azərbaycana qarşı açıq-aşkar düşmənçilik siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə qısqanclıqdan doğur. Azərbaycan Prezidentinin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu möhtəşəm Zəfər qazanmış, ərazi bütövlüyümüzü bərpa etmişdir. Bu gün Ali Baş Komandan həmişə revanşizm ideyalarına aludə olan bu məsələdə Makron rejiminə arxalanan Ermənistanın istənilən təxribatçı hərəkətini dəf etməyə hazır olduğunu nümayiş etdirir.

Fransa Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları prosesində təmsil olunmaq istəyir. Amma onun bu istəyi iki ölkə arasında sülhün əldə edilməsinə töhfə vermək deyil. Fransanın mövcud hakimiyyəti sülh danışıqları prosesinə qatılmaqla öz maraqlarını təmin etməyə çalışır. Bu kontekstdə isə iki istiqamət çox qabarıq görünür. Birinci istiqamət budur ki, Emmanuel Makronun komandası sülh danışıqları platformasında Ermənistanı birtərəfli qaydada dəstəkləyir, qarşılığında isə Fransadakı erməni diasporundan özü üçün yardım alır. İkinci istiqamət isə onun Cənubi Qafqaza daxil olmaq, regionun siyasi, iqtisadi, strateji potensialından yararlanmaq cəhdidir.

Makron 59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən  tədbirdəki çıxışında Cənubi Qafqazla bağlı məsələyə toxunaraq bildirib ki, hamımızın borcu Rusiyanın bu gün təkcə Ukraynada deyil, Qafqazda, Yaxın Şərqdə  balanssızlıq nizamsızlıq qüvvəsi olduğunu izah etmək işini davam etdirməkdir. Qafqazın problemlərini mənim təsvir etdiyim neokolonial Rusiyanın həll edəcəyinə kim necə inansın? Mən dostum Baş nazir Paşinyanın qarşısında deyirəm, onun yanında dayanmağa davam edəcəyik.

Fransa Cənubi Qafqazla bağlı sülh bəyanatlarında səmimi deyil. Çünki rəsmi Paris məhz gərginlik vasitəsilə regionda mövcud ola bilər. Makronun Cənubi Qafqazda sülhdə maraqlı olduğunu dediyi halda, Ermənistan baş naziri Nikol Paşinyan barəsində "dostum" sözünü işlətməsi, ümumiyyətlə, onun əməli ilə sözünün üst-üstə düşməməsi  Fransa liderinə qarşı ikrah yaradır. Makron da gözəl bilir ki, bu gün kasıb, resursları olmayan, dalan ölkə sayılan Ermənistan ayaqda qalmağına görə məhz Rusiyaya borcludur. Rusiya Ermənistana böyük həcmlərdə investisiya yatırıb. Forpost dövlətin bir sıra strateji əhmiyyətli infrastruktur obyektlərinin idarəçiliyi, enerji məhsulları ilə təminatı birbaşa Rusiyaya bağlıdır. Digər tərəfdən, imkanları məhdud olan Ermənistan Türkiyə İranla olan sərhədlərinin qorunmasını da Rusiyaya həvalə edib. Bütün bunların fonunda Fransa kimi bir dövlətin rəhbəri heç bir əsası olmayan iddialar səsləndirir.

Qarabağ münaqişəsinin tarixə qovuşmasının üzərindən iki ildən artıq müddət keçir. Buna baxmayaraq, hələ Azərbaycanın qələbəsini həzm edə bilməyən Ermənistanla birgə bu məğlubiyyətin yasını saxlayan dövlətlər var. Bütün vasitələrə əl ataraq Azərbaycanla sülh müqaviləsinin imzalanmasını bacardığı qədər gecikdirməyə çalışan Ermənistan terrorist rəhbərliyi, bu dəfə isə Fransa-Azərbaycan münasibətlərindəki gərgin ab-havadan istifadə etmək niyyətindədir. Sərhəddə baş verənlərin bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycanın özgə ərazilərini zəbt etmək kimi bir niyyəti yoxdur, ancaq öz torpaqlarını qorumağa, düşmənin təxribatlarına cavab verməyə qadir dövlətdir. Təxribatlara əl atan tərəf isə məhz 44 günlük müharibədə uğradığı acınacaqlı məğlubiyyəti qəbul edə bilməyən Ermənistandır. E.Makronun günahkarın ünvanını gizlətməyə çalışması, burada digər bir dövlətin təxribat izini axtarması təcavüzkarı növbəti dəfə müdafiə etmək cəhdi kimi dəyərləndirilməlidir. Ölkə başçısı bəyan edib ki, Qarabağ Azərbaycandır Qarabağın erməni əhalisinin hüquqları təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək Azərbaycan öz daxili məsələlərini heç bir tərəflə müzakirə etməyəcək.

"İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları eyni zamanda, ona dəstək verən ölkələr qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər". Bu fikirləri Prezident İlham Əliyev Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib. Bu iki il yarım ərzində həm Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda, Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə bir çox önəmli hadisələrin baş verdiyini deyən dövlət başçısı vurğulayıb: "Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın. Dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir". Dövlət başçısı bildirib ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar.

Mustafa KAMAL,

"Respublika".