Manamada Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ikinci konfransı keçirilib
Digər xəbərlər

Manamada Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ikinci konfransı keçirilib

Tədbirdə konfransın yekunlarına dair Manama Bəyannaməsi qəbul olunub

Bəhreynin paytaxtı Manamada Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin "Pandemiyadan sonrakı bərpa üzrə milli qlobal səviyyədə göstərilən səylərə parlament dəstəyi" mövzusuna ikinci konfransı keçirilib.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə 20-dən çox ölkənin parlament sədrləri, 60-dan çox nümayəndə heyəti olmaqla, ümumilikdə 300-dən çox nümayəndə iştirak edib.

Milli Məclisin sədri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova konfransı açdıqdan sonra Türkiyə Suriyada baş vermiş zəlzələlər nəticəsində həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Sahibə Qafarova deyib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi hərəkatın institusional inkişafı istiqamətində Azərbaycan sədrliyinin göstərdiyi səylərin əsas nəticələrindən biri kimi ön plana çıxır. O qeyd edib ki, Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyevin irəli sürdüyü təşəbbüsə uyğun olaraq, Parlament Şəbəkəsi 2021-ci ilin noyabrında Madriddə təsis olunub. Ötən ilin iyununda Bakıda keçirilən Parlament Şəbəkəsinin ilk konfransı şəbəkənin inkişafında mühüm mərhələ olub.

Bildirilib ki, Parlament Şəbəkəsi artıq Asiya Parlament Assambleyası, Ərəb Parlamenti, İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı, Türk Dövlətləri Parlament Assambleyası ASEAN Parlamentlərarası Assambleyası kimi bir sıra beynəlxalq parlament təşkilatları ilə əməkdaşlıq mexanizmləri yaradıb bu təşkilatlarda müşahidəçi statusu alıb.

Milli Məclisin sədri Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə görüşündə Prezident İlham Əliyevin Afrikanın kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək üçün iki qlobal çağırış bəyan etdiyini vurğulayıb, bu təşəbbüsə uyğun olaraq, Azərbaycan ilk donor ölkə kimi hər iki çağırışa 1 milyon ABŞ dolları ayırdığını diqqətə çatdırıb.

Qeyd edilib ki, "Pandemiyadan sonrakı bərpa üzrə Qoşulmama Hərəkatı Sədrliyi tərəfindən irəli sürülmüş təşəbbüslərə Parlament Dəstək Qrupu"nun yaradılması təklif olunub. Bu, parlamentarilərin ölkələrimizi narahat edən məsələlərin həllinə töhfəsini təmin edəcək.

S.Qafarova, həmçinin neokolonializm məsələsinə toxunub, Qoşulmama Hərəkatı üzvlərinin bu məsələdə həmişə yekdil olduqlarını söyləyib. Bildirib ki, bununla belə, Fransanın Qəmər Adaları İttifaqının Mayot adası üzərindəki şəksiz suverenliyini tanımaqdan imtina etməsi, Yeni Kaledoniya xalqının dənizaşırı ərazilərindəki digər xalqların hüquqlarını pozması bu təhlükəli tendensiyanın gücləndiyini göstərir.

Milli Məclisin sədri Parlament Şəbəkəsinin Qoşulmama Hərəkatının ideallarının prinsiplərinin, çoxtərəfliliyin, dialoqun parlamentlərarası əməkdaşlığın təşviqi üçün mühüm alətə çevrilməkdə olduğuna dair inamını ifadə edib.

Daha sonra Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko, Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq, Misir Ərəb Respublikası Nümayəndələr Palatasının sədri Hanafi Gibali, Malavi Milli Assambleyasının spikeri Katerin Qotani Hara, Kot-d'İvuar Respublikası Milli Assambleyasının sədri Adama Biktogo, Burundi Milli Assambleyasının spikeri Gelasi Daniel Ndabirabe, Nepal Nümayəndələr Palatasının sədri Dev Raj Ghimire, Fici parlamentinin sədri Naiqama Lalabalavu, Boliviya Çoxmillətli Dövləti spikeri Jerges Merkado Suarez, Tanzaniya Parlamentinin spikeri Tulia Akson digər çıxış edənlər konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlıqlarını bildiriblər. Çıxışlarda ölkəmizin Qoşulmama Hərəkatına uğurla sədrliyi qeyd olunub, həmçinin təşkilatın Parlament Şəbəkəsinin institusional inkişafı istiqamətində atılan addımların əhəmiyyəti vurğulanıb, təşkilatın gələcək fəaliyyəti inkişafı ilə bağlı fikir təkliflər səsləndirilib.

Konfransda, həmçinin "Qoşulmama Hərəkatının Sədrliyi tərəfindən pandemiyadan sonrakı qlobal bərpaya dəstək məqsədilə irəli sürülən təşəbbüslərə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Parlament Dəstək Qrupunun yaradılması haqqında", "Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində beynəlxalq parlament təşkilatlarına müşahidəçi statusunun verilməsi haqqında", "Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qaydalarına dəyişikliklər edilməsi haqqında" qərarlar Manama Bəyannaməsi qəbul olunub.