Martın 27-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Səhiyyə

Martın 27-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Martın 27- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 953 min 37, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 405 min 654, ikinci mərhələ üzrə 4 milyon 879 min 794, üç daha çox doza vaksinlərin sayı 3 milyon 401 min 715, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 874-dür.    

 

Ötən gün Azərbaycanda COVID-19 infeksiyasına 22 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 22 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 829 min 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 109 nəfər müalicə olunaraq sağalıb, 10 min 171 nəfər vəfat edib. Aktiv xəstə sayı 140 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 682, indiyə qədər isə ümumilikdə 7 milyon 553 min 691 test icra olunub.