Martın 3-də Azərbaycanda COVID-19 əleyhinə 248 doza vaksin vurulub
Səhiyyə

Martın 3-də Azərbaycanda COVID-19 əleyhinə 248 doza vaksin vurulub

Martın 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 248 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 75, ikinci doza vaksinlərin sayı 45, üç və daha çox doza vaksinlərin sayı 113, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 15-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 949 min 821, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 404 min 441, ikinci mərhələ üzrə 4 milyon 879 min 192, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 400 min 520, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 668-dir.            

Ötən gün Azərbaycanda COVID-19 infeksiyasına 20 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 20 yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 648 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 351 nəfər müalicə olunaraq sağalıb, 10 min 126 nəfər vəfat edib. Aktiv xəstə sayı 171 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 827, indiyə qədər isə ümumilikdə 7 milyon 530 min 18 test icra olunub.