Masallı sakinindən “Kalaşnikov” avtomatı və narkotik maddə aşkarlanıb
Digər xəbərlər

Masallı sakinindən “Kalaşnikov” avtomatı və narkotik maddə aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Emin Nuriyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Respublika-news”-a verilən məlumata görə, Keçirilən baxış zamanı onun üzərindən yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində E.Nuriyevin Masallı şəhəri ərazisində yerləşən istifadəsiz yarımtikilidə gizlətdiyi 1 ədəd AK-74 markalı avtomat, 1 ədəd daraq və 4 ədəd patron aşkarlanıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Nəzrin CAVADZADƏ,

“Respublika”.