Mayın 11-də Azərbaycanda COVID-19 əleyhinə 4 min dozadan çox vaksin vurulub
Səhiyyə

Mayın 11-də Azərbaycanda COVID-19 əleyhinə 4 min dozadan çox vaksin vurulub

Mayın 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 min 558 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 466, ikinci doza vaksinlərin sayı - 525, üç və daha çox doza vaksinlərin sayı - 3 min 188, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı - 379-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 674 min 449, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 342 min 437, ikinci mərhələ üzrə 4 milyon 842 min 755, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 247 min 205, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 242 min 52-dir.

AZƏRTAC