Mayın 16-da Azərbaycanda COVID-19 əleyhinə 100 doza vaksin vurulub
Səhiyyə

Mayın 16-da Azərbaycanda COVID-19 əleyhinə 100 doza vaksin vurulub

Mayın 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 100 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 8, ikinci doza vaksinlərin sayı 66, üç daha çox doza vaksinlərin sayı 24, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 2-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 963 min 300, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 85, ikinci mərhələ üzrə 4 milyon 882 min 841, üç daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 177, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 197-dir.  

 

Ötən gün Azərbaycanda COVID-19 infeksiyasına 19 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 19 yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 324 nəfər müalicə olunaraq sağalıb, 10 min 268 nəfər vəfat edib. Aktiv xəstə sayı 86 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1396, indiyə qədər isə ümumilikdə 7 milyon 606 min 257 test icra olunub.