Mayın 19-da Azərbaycanda COVID-19 əleyhinə 3 min dozadan çox vaksin vurulub
Səhiyyə

Mayın 19-da Azərbaycanda COVID-19 əleyhinə 3 min dozadan çox vaksin vurulub

Mayın 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 min 197 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 348, ikinci doza vaksinlərin sayı 451, üç və daha çox doza vaksinlərin sayı 2 min 170, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 228-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 698 min 183, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 344 min 904, ikinci mərhələ üzrə 4 milyon 845 min 785, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 263 min 579, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 243 min 915-dir.

AZƏRTAC