Mayın 20-də Azərbaycanda COVID-19 əleyhinə 3 min dozadan çox vaksin vurulub
Səhiyyə

Mayın 20-də Azərbaycanda COVID-19 əleyhinə 3 min dozadan çox vaksin vurulub

Mayın 20-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 min 67 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 347, ikinci doza vaksinlərin sayı 587, üç və daha çox doza vaksinlərin sayı 1910, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 223-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 701 min 250, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 345 min 251, ikinci mərhələ üzrə 4 milyon 846 min 372, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 265 min 489, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 244 min 138-dir.

AZƏRTAC