Mayın 24-də Azərbaycanda COVID-19 əleyhinə 167 doza vaksin vurulub
Səhiyyə

Mayın 24-də Azərbaycanda COVID-19 əleyhinə 167 doza vaksin vurulub

Mayın 24- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 167 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 24, ikinci doza vaksinlərin sayı 127, üç daha çox doza vaksinlərin sayı 13, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 3-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 964 min 344, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 320, ikinci mərhələ üzrə 4 milyon 883 min 473, üç daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 341, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 210-dur.             

 

 

Ötən gün Azərbaycanda COVID-19 infeksiyasına 32 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 32 yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 420 nəfər müalicə olunaraq sağalıb, 10 min 273 nəfər vəfat edib. Aktiv xəstə sayı 87 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1235, indiyə qədər isə ümumilikdə 7 milyon 614 min 928 test icra olunub.