Mayın 27-də Azərbaycanda COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Mayın 27-də Azərbaycanda COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 9 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 812 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 451 nəfər müalicə olunaraq sağalıb, 10 min 273 nəfər vəfat edib. Aktiv xəstə sayı 88 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1160, indiyə qədər isə ümumilikdə 7 milyon 617 min 895 test icra olunub.                       

 

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 101 doza vaksin vurulub

Mayın 27- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 101 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 21, ikinci doza vaksinlərin sayı 66, üç daha çox doza vaksinlərin sayı 12, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 2-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 964 min 824, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 388, ikinci mərhələ üzrə 4 milyon 883 min 717, üç daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 502, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 217-dir.