Maykl Terri: ABŞ minatəmizləmə prosesində Azərbaycana kömək göstərir
MÜSAHİBƏLƏR

Maykl Terri: ABŞ minatəmizləmə prosesində Azərbaycana kömək göstərir

ABŞ minatəmizləmə prosesində Azərbaycana kömək göstərir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında martın 31-də Ağdam rayonuna səfər edən ABŞ Dövlət Departamentinin Hərbi işlər bürosunun Silahların ləğvi və azaldılması üzrə Avropa ofisinin proqram meneceri Maykl Terri deyib.

"Bir çox minalanmış ərazilərdə olmuşam. Minalar insanların həyatı üçün böyük təhlükədir. Ağdamda gördüyümüz bu mənzərə, dağıntılar insanda acı təəssürat yaradır. Əlbəttə ki, bu ərazilər yenidən bərpa olunacaq, insanlar öz evlərinə qayıdacaqlar. Bütün bu işlərin təhlükəsiz şəkildə görülməsində ANAMA-nın üzərinə böyük məsuliyyət düşür. Təhlükəsizliyin təmin olunması, ərazilərin minalardan təmizlənməsi olduqca vacib elementdir", - deyə Maykıl Terri bildirib.

AZƏRTAC