MDB Gömrük Xidmətləri Rəhbərləri Şurası Gəncədə səfərdədir
Digər xəbərlər

MDB Gömrük Xidmətləri Rəhbərləri Şurası Gəncədə səfərdədir

Gəncə şəhərində MDB-nin iştirakçısı olan dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurası tərəfindən 76-cı iclası keçiriləcək. 6 iyun bu barədə Komitədən verilən məlumatda bildirilir.

Şura üzvləri əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra qonaqlar Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalmış əraziyə baş çəkiblər, həlak olanların ruhuna hörmət əlaməti olaraq güllər düzüblər.

Şura üzvləri daha sonra Heydər Əliyev Mərkəzində toplantı keçirəcəklər.

“Respublika”.