Mədəniyyət beşiyi - Şuşa
Mədəniyyət

Mədəniyyət beşiyi - Şuşa

2022-ci ilin "Şuşa ili" elan olunması ilə əlaqədar Şirvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə "Mədəniyyət beşiyi - Şuşa" adlı regional yaradıcılıq festival-müsabiqəsinin I turu keçirildi.

13-20 yaş arası yeniyetmə və gənclər arasında keçirilən müsabiqədə Şirvan şəhər orta məktəblərinin şagirdləri iştirak etdilər.

İştirakçılar müsabiqənin şərtlərinə uyğun olaraq Qarabağa və Şuşaya həsr olunmuş şeirlər səsləndirdilər. Müsabiqədə 18 nəfər iştirak edirdi. Münsiflər heyəti olaraq Şirvan Şəhər Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin müdiri Alma Cəfərova, Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti Kəmalə Quliyeva, Oxuculara Xidmət şöbəsinin müdiri İlhamə İmanova iştirakçıların qiraət bacarıqlarını qiymətləndirərək onların söylədikləri şeirlərin mövzuya uyğun olmasına, düzgün tələffüzünə, obrazlı ifasına və s. diqqət yetirdilər.

Yekunda qaliblər həvəsləndirici Fəxri fərmanla təltif olundular.

Tofiq HÜSEYN,

"Respublika".