Medianın İnkişafı Agentliyində
Digər xəbərlər

Medianın İnkişafı Agentliyində "Milli Qurtuluş Günü Azərbaycan mediasının yaddaşında" mövzusunda tədbir keçirilib

İyunun 14-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində "Milli Qurtuluş Günü Azərbaycan mediasının yaddaşında" mövzusunda tədbir keçirilib.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, xalqımızın taleyində böyük ictimai, siyasi və tarixi əhəmiyyət daşıyan bu günün memarı olan ümummilli lider Heydər Əliyevin şəxsiyyəti, özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi sayəsində xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ölkəmiz müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı və 15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər əldə etdi.

Tədbirdə digər çıxış edənlər Ulu Öndərin həmişə jurnalist peşəsinə dərin hörmət bəslədiyini, mətbuat işçiləri ilə yaxın təmasda olduğunu, onların problemləri ilə maraqlandığını və heç bir zaman köməyini əsirgəmədiyini vurğulayıblar, Ümummilli Liderin nurlu xatirəsinin mətbuatımızın tarixində, Azərbaycan jurnalistlərinin qəlbində əbədi yaşayacağını bildiriblər.

AZƏRTAC