Məhərrəm İbrahimovun və Sirac Abışovun adları vəzifə borcunu yerinə yetirərkən həlak olan jurnalistlərin siyahısına daxil edilib
Digər xəbərlər

Məhərrəm İbrahimovun və Sirac Abışovun adları vəzifə borcunu yerinə yetirərkən həlak olan jurnalistlərin siyahısına daxil edilib

"Sərhədsiz Reportyorlar" təşkilatı 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən həlak olan jurnalistlərin siyahısını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu il iyunun 4-də Kəlbəcər rayonu ərazisində minaya düşərək şəhid olan jurnalistlər - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun adları vəzifə borcunu yerinə yetirərkən həlak olan jurnalistlərin siyahısına daxil edilib.

Hesabatda il ərzində 38 jurnalistin vəzifə borcunu yerinə yetirərkən öldürüldüyü əksini tapıb.

Xatırladaq ki, Məhərrəm İbrahimov və Sirac Abışov bu il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində media nümayəndələrini daşıyan nəqliyyat vasitəsinin erməni terrorçularının basdırdıqları tank əleyhinə minaya düşərək partlaması nəticəsində həlak olublar.

Məhərrəm İbrahimov və Sirac Abışov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif ediliblər.

AZƏRTAC