Məhkəmə-hüquq islahatlarının müəllifi
Digər xəbərlər

Məhkəmə-hüquq islahatlarının müəllifi

Ədliyyə sahəsində dövlət siyasətini tənzimlənməsini həyata keçirən, dövlətimizə xalqımıza şərəflə xidmət edən, hüquq-mühafizə orqanı statusu olan Ədliyyə Nazirliyinin formalaşdırılması inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan ədliyyəsinin yenidən əsaslı surətdə təsis edilməsi məhz ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə, gərgin prinsipial siyasi iradə nümayiş etdirilməsi hesabına baş tutmuş, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş bundan sonra dayanıqlı fəaliyyəti təmin edilmişdir. Həmin dövrdə Ədliyyə Nazirliyi məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.

Müstəqillikdən sonra da Azərbaycan ədliyyəsinin inkişafı dahi öndərin daim diqqət mərkəzində olmuşdur. 1993- ildə hakimiyyətə qayıdışından sonra ümummilli liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl məqsədyönlü islahatlar həyata keçirilmiş, nazirliyin səlahiyyətləri genişlənmiş, dövlət siyasətinin realizə edilməsində rolu, cəmiyyətdə nüfuzu artmışdır.

Ulu öndərin ədliyyə sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq olunduğu gün 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.

Ədliyyə orqanlarının əsas kredosu qismində çıxış edən qanunçuluq hüququn aliliyi prinsipləri ümummilli liderin uzun illər təbliğ etdiyi öz siyasətində hər zaman rəhbər tutduğu haqq-ədalət ideyasına əsaslanır, ondan qaynaqlanır. Heydər Əliyevin zəngin siyasi idarəetmə irsində haqq-ədalət ideyasının təməl postulatları onun hakimiyyətinin müxtəlif illərində ictimaiyyət üçün əlçatan olmuşdur ki, bu da təsadüfi deyildir. Həmin postulatlar həm dövlət işində çalışan məmurlar, həm vətəndaşlar üçün hər zaman bir mayak, mesaj rolunu oynamışdır. Belə ki, Heydər Əliyevin ədalət haqqında fikirləri dövlət işində çalışan məmurlar üçün hər zaman rəhbər tutulmalı olan əsas meyar kimi çıxış etmiş etməkdədir. Eyni zamanda ulu öndərin hakimiyyətdə olduğu bütün illər ərzində həmişə bu sualın cavabı vahid olmuşdur - vətəndaş öz dövlətindən yalnız haqqı ədaləti gözləməlidir.

Hələ "Literaturnaya qazeta" qəzetinin 18 noyabr 1981-ci il tarixli nömrəsində dərc edilmiş "Qoy ədalət zəfər çalsın" başlıqlı müsahibəsində ümummilli lider vurğulayırdı ki: "Biz idealist deyilik iddia etmirik ki, xeyrin şər üzərində əbədi mütləq qələbəsinə nail olacağıq. Lakin tərəzinin haqq-ədalət, qanunçuluq, ideyalılıq qoyulan gözünün ağır gəlməsinə nail ola bilərik olmalıyıq". Müstəqillikdən sonrakı illərdə Heydər Əliyev haqq-ədalət ideyalarının dövlətçiliyimiz xalqımız üçün dərəcədə əhəmiyyətli olduğunu öz ictimai nitqlərində mütəmadi olaraq dilə gətirmiş apardığı siyasətin əsas xətti kimi məhz ədalət ideyasının çıxış etdiyini dəfələrlə təsdiqləmişdir. Məsələn, 4 avqust 1995-ci il tarixdə respublika hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə çıxış edərkən ümummilli lider vurğulamışdır ki: "Heç bir cinayətkar cəzasız qalmayacaq, qaçıb canını qurtara bilməyəcəkdir. Cinayətkarlar gec-tez yaxalanacaq haqq-ədalət məhkəməsi qarşısında duracaqlar. Bu mənada mən cinayətkarların hüquq-mühafizə orqanları tərəfindən tapılmasını ictimai-siyasi həyatımızda böyük nailiyyət, hadisə kimi qiymətləndirirəm. Xalq da, ədalət , görünür ki, Allah da haqqın, ədalətin tərəfindədir". Yaxud 19 mart 1995-ci il tarixində respublikada dövlət çevrilişi cəhdi onun qarşısının alınması ilə bağlı keçirilən müşavirədə çıxış edən Heydər Əliyev bildirmişdir ki: "Biz haqq yolundayıq, ədalət yolundayıq. Biz müstəqil dövlətimizi qoruyuruq, onun inkişafını təmin edirik bu yolda kim bizə mane olacaqsa, öz cəzasını alacaqdır" s. Belə sitatları sonsuz sayda gətirmək mümkündür. Onların hamısının qayəsində məhz ədalət, qanunun aliliyi ideyası durur ki, bu gün həmin ideyalar ədliyyə orqanları üçün onların daim sadiq qalacağı ən vazkeçilməz dəyərdir.

Qanunun aliliyindən bəhs edərkən, ümummilli liderin ölkənin Əsas Qanunun - Konstitusiyasının ərsəyə gəlməsindəki rolunu qeyd etməmək mümkün deyildir.

Məlum olduğu kimi, 12 noyabr 1995-ci il tarixdə referendum yolu ilə məhz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyası onun bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul edilmişdir. Bu Konstitusiya ali hüquqi qüvvəsi ilə yanaşı, Azərbaycanda aparılacaq hüquq islahatlarının başlıca ideya sənədi olaraq, demokratik, hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi mədəni həyatın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Ulu öndər Heydər Əliyevə görə, siyasi sistemin mərkəzində şəxsiyyət, onun hüquq azadlıqları, demokratik hüquqi dövlət idealları durmalı idi. Bu mənada, dövlətin ali sənədində insan vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunmasının dövlətin ali məqsədi kimi təsbit edilməsi heç təsadüfi deyildi.

10 noyabr 1995-ci il tarixində Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın iclasında çıxışı zamanı ümummilli lider qeyd etmişdir ki: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün dərk edirəm. Ona görə bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".

Heydər Əliyevin hakimiyyəti dövründə ədliyyə hüquq sferasında aparılmış islahatlar mübaliğəsiz olaraq, tarixi millətimiz üçün taleyüklü islahatlar hesab edilə bilər. Belə ki, ümummilli lider tərəfindən əfvetmə institutu bərpa edilməklə, vətəndaşların dövlətə, onun rəhbərinə güvəni, ümid etimadı artmışdır. Ümummilli lider 1993-2003- illərdə 32 əfv, 8 amnistiya aktı imzalamaqla cəzanın adekvatlığı humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşdığını sübuta yetirmişdir. Bu məqsədlə o, eyni zamanda məhkəmə-hüquq sistemində işlək çevik mexanizmlərin tətbiqini, habelə ədalət mühakiməsinin səmərəliliyini təmin etmişdir. Məhz onun hakimiyyəti illərində ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olunmuşdur.

Hüquqi dövlət quruculuğu prosesi çərçivəsində məhkəmə qərarlarının icrası sistemini təkmilləşdirmək, cəza-tərbiyə işini daha da humanistləşdirmək, ən əsası isə insan hüquqlarının, azadlıqlarının gözlənilməsini təmin etmək məqsədilə Heydər Əliyev tərəfindən ədliyyə orqanlarında əsaslı islahatlar aparılmış, penitensiar müəssisələrin Ədliyyə Nazirliyinin tabeliyinə verilməsi işi başa çatdırılmışdır.

Azərbaycanda köklü məhkəmə-hüquq islahatlarının aparılmasının zəruriliyini nəzərə alan ümummilli liderin təşəbbüsü ilə hələ 1997-ci ildə ən qabaqcıl dövlətlərin təcrübəsinə əsaslanan "Məhkəmələr hakimlər haqqında" yeni qanun qəbul olunmuş, 1998-ci ildə isə məhkəmə islahatlarına dair proqram xarakterli "Məhkəmələr hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" Fərman imzalanmışdır. Ümummilli liderin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı nəticəsində 2000-ci ildən etibarən yeni, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamışdır.

Bu islahatların xronologiyasında daha bir mühüm hadisə kimi Heydər Əliyevin "Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında" 1999-cu il Fərmanını göstərmək olar. Həmin Fərmanla müstəqillikdən sonra ilk dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, məhkəmələrin, islah-əmək müəssisələrinin istintaq təcridxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə zəruri olan əlavə maliyyə vəsaitlərinin ayrılmasını növbəti ilin büdcə layihəsində nəzərdə tutsun bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Sonrakı illərdə bu islahatlar daha dəqiq müddəalarda əks olunmağa görülən daha konkret işlərdə təzahür etməyə başladı. Belə ki, ilk mərhələlərdə məhkəmə islahatının həyata keçirilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi, yeni məhkəmələrin təşkili onların fəaliyyətinin təmin edilməsi məqsədilə qəbul edilmiş "Azərbaycan Respublikası məhkəmələrinin təşkili fəaliyyətinin təmin edilməsi haqqında" 1999-cu il tarixli Fərmanla Bakı şəhərində Azərbaycan Respublikasında bir sıra yeni məhkəmələr (məsələn, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi), eləcə , Hərbi Dəniz Qüvvələri hərbi məhkəməsinin əsasında Sumqayıt hərbi məhkəməsi, o cümlədən Azərbaycan Respublikasının yerli iqtisad məhkəmələri təşkil edilmiş, həmçinin bir sıra digər əhəmiyyətli məsələ öz həllini tapmışdır.

Bu gün uğurla aparılan məhkəmə-hüquq islahatlarında Heydər Əliyevin dəst-xəttinin mövcudluğu, onun hüquqi ideyalarına sadiqlik danılmazdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2006- il tarixli Fərmanında məhkəmə sisteminin müasirləşdirilməsi işinin növbəti mərhələsinin konkret olaraq nəyə yönəlmiş olması sualı cavablandırılmışdır. Belə ki, növbəti mərhələdə sırf regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni məhkəmələrin yaradılması, vətəndaşların narazılıqlarına səbəb olan sui-istifadə, süründürməçilik hallarının digər nöqsanların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturunun işinin daha optimal şəkildə qurulması, habelə digər mühüm məsələlərin həlli nəzərdə tutulurdu. Bütün bunlarda, Heydər Əliyevin siyasi-hüquqi baxışlarının müsbət təsiri aşkar hiss edilirdi.

Ulu öndərin xalq qarşısında misilsiz xidmətləri heç vaxt unudulmayacaq dahi şəxsiyyət əbədi yaşayacaqdır.

İsgəndər ORUCOV,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

İmişli Regional Ədliyyə İdarəsinin rəisi.