MƏMUR-SAHİBKAR MÜNASİBƏTLƏRİ MÜASİR İDARƏÇİLİK PRİNSİPLƏRİNƏ UYĞUN İNKİŞAF ETDİRİLİR
İQTİSADİYYAT

MƏMUR-SAHİBKAR MÜNASİBƏTLƏRİ MÜASİR İDARƏÇİLİK PRİNSİPLƏRİNƏ UYĞUN İNKİŞAF ETDİRİLİR

2003- ildən ümummilli lider Heydər Əliyev siyasi iqtisadi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ötən 17 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönündə səfərbər etmişdir. Eyni zamanda sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradılmışdır.

Hazırda hər bir sahibkar dərk edir ki, qüdrətli müasir Azərbaycanın qurulması, möhkəmləndirilməsi yolunda  Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir. Bu gün Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir.

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması üçün inkişaf prosesində orta təbəqənin  - iqtisadi inkişafın sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsna əhəmiyyət daşıyır. Bu reallığı nəzərə alan ölkə Prezidenti milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin gücləndirilməsinə çalışır.

Prezident İlham Əliyev çıxışlarında yerli sahibkarlara müraciət edərək bildirmişdir: “Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. Sahibkarlığın inkişafına münasibətdə bu cür ardııcıl mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından olduqca əhəmiyyətli olmuşdur.

Ölkəmizdə davamlı olaraq həyata keçirilən kompleks islahatlar, inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya  mühitinin yaxşılaşdırılması tədbirləri institusional dəstək mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafını daha da  sürətləndirmişdir. Həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, bütün regionları əhatə etməklə yeni istehsal xidmət sahələri yaradılır, ölkəmizin rəqabətqabiliyyətli məhsul istehsalı  imkanları genişlənir, özəl bölmənin ümumi daxili məhsulda məşğulluqda xüsusi çəkisi artır.

Bu gün əminliklə deyə bilərik ki, dövlət siyasətinin önündə vətəndaş rifahı dayanır! Vergi qanunvericiliyinə edilən sonuncu dəyişikliklər birbaşa mikro kiçik sahibkarlıq subyektlərinin inkişafının təmin edilməsi məşğulluğun səviyyəsinin yüksəldilməsi kimi hədəflərə kökləndiyi danılmaz həqiqətdir. Son dəyişikliklərdə nəzərdə tutulan vergi güzəştləri mikro kiçik sahibkarlıq subyektlərinin davamlı fəaliyyətinin təmin olunmasına, məşğulluğun səviyyəsinin yüksəldilməsinə, bununla da sosial təminatla bağlı dövlətin yükünün azaldılmasına yönələn mühüm addımlardan biridir.

Məlumdur ki, iqtisadiyyatımızın qarşısında dayanan əsas hədəflərdən biri vergilərin sahibkarlar tərəfindən hissolunmaz səviyyədə təşkilidir. İqtisadçı ekspertlərin fikrincə, elə etmək lazımdır ki, vergitutma siyasəti iqtisadiyyatın inkişafına mane olmasın. Lazımi məqsədə çatmaq üçün vergi mədəniyyətinin formalaşdırılması, vergitutmanın könüllülük prinsipləri əsasında təşkili bu sahədə ideoloji işlərin görülməsi məsələləri çox ciddi əhəmiyyət daşıyır.

Qeyd etmək lazımdır ki, son illər vergilər sahəsində nəzərəçarpacaq səviyyədə müsbət sıçrayışlar baş verib. Demək olar ki, qanunsuz vergi hesablamaları, sahibkarların hüquqlarının pozulması halları aradan qaldırılmış, vergi auditi sahəsində ciddi irəliləyiş əldə olunmuşdır. Sahibkarlıq subyektinə getmədən səyyar vergi yoxlamasının (elektron auditin) həyata keçirilməsi demək olar ki, məmur sahibkar münasibətlərinin minimuma endirilməsinə, bu da öz növbəsində korrupsiya ilə mübarizə sahəsində əhəmiyyətli nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, fiziki gömrük yoxlamaları minimuma endirilmiş, məmur sahibkar münasibətləri müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirilmişdir.

2019-cu 2020-ci illərdə qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklər Azərbaycanda sahibkarlıq mühitinin daha da təkmilləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, şəffaf işləməyin həm sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin artırılmasında, həm rəqabət mühitinin inkişafında mühüm rolu vardır. Sahibkarlıq mühitinin şəffaflaşdırılması bütün sahibkarların qanunvericilik çərçivəsində işləməsinə şəraitin yaradılması istiqamətində aparılan işlər sonda sahibkarlıq subyektlərində qanunçuluğa daha çox riayət edərək fəaliyyət göstərmək meyillərini artırır. İş adamları anlamağa başlayıblar ki, ölkədə aparılan islahatlar kampaniya xarakteri daşımır, davamlı ardıcıl prosesdir.

Təbii ki, həm vergi, həm gömrük, eləcə kiçik orta sahibkarlığın inkişafı, ixracın investisiyaların təşviqi sahəsində aparılan silsilə tədbirlər, yürüdülən siyasət sahibkarlarda şəffaf işləməyə marağı artırır. Əslində, şəffaflığın formalaşmasını, sahibkarlıq subyektlərində kölgədən şəffaflığa  gətirməyi şərtləndirən bir sıra amillər vardır. Birincisi, sahibkarlıq subyektləri anlayırlar ki, öz fəaliyyətlərinə maliyyə, əlavə investisiya cəlb etmək üçün (bu, borc vəsaiti, xarici kapital ya hər hansı qiymətli kağızlar bazarı ola bilərmütləq şəffaf işləməlidirlər. Hətta müəssisədə korporativ idarəetmə standartları tətbiq olunduqda belə, investorların, şirkətlərin marağını cəlb etmək üçün artıq öz maliyyə vəziyyətləri barədə ətraflı məlumat verməlidirlər. Təbii ki, bu da şəffaflıq şəraitində mümkündür.

Daha bir məqam da odur ki, şəffaflaşma sahibkar-işçi münasibətlərinə riayət etməkdir. Təsadüfi deyil ki, 2019-cu ildə 153 min əmək müqaviləsi bağlanıb. Bunun 99 mini məhz özəl sektorun payına düşür. Digər məsələ, son dövrlərdə ödənilən verginin həcmində vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun payının artması xüsusi əhəmiyyət kəsb edir. Şəffaflıq nəticə etibarilə vergilərin həcminin artmasına gətirib  çıxarır. Bu, vergi məbləğlərinin, vergi dərəcələrinin artırılması hesabına deyil, məhz vergi ödəyicilərinin dairəsinin genişləndirilməsi, sayının artması hesabına formalaşıb.

2020-ci il mart ayının 1- olan məlumata görə, ölkədə 143 min hüquqi şəxs yaradılıb. Halbuki ondan 2 il əvvəl bu göstərici 87 min olmuşdu, arada iki dəfəyə yaxın artım var. Fiziki şəxslərin sayı artır - 2020-ci ilin göstəricilərinə görə bu, 900 mindən çox olmuşdur. Sahibkarlıq subyektlərinin 91 faizinin intizamlı könüllü vergi ödəyicisi olması vergi daxilolmalarının həcminin artmasına gətirib çıxarıb. Bu isə son nəticədə dövlət büdcəsinin dəyişən neft qiymətlərindən asılılığının azalmasına daha sabit proqnozlaşdırıla bilən gəlirlər hesabına formalaşmasına mühüm təsir göstərir.

Ölkə başçısının tapşırığı ilə sahibkarlıq subyektlərində yoxlamaların azaldılması, o cümlədən vergi sistemində kameral səyyar vergi yoxlamalarının, operativ nəzarət xronometraj, yəni müşahidə sistemlərinin tətbiq olunması yoxlamaların maksimum dərəcədə daha effektiv variantlarının seçilməsinə gətirib çıxarıb. Sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları deyil, kameral yoxlamalara üstünlük verilir. Son dövrlər sahibkarlıq subyektlərinin davamlı şəkildə maarifləndirilməsi sayəsində biznes strukturları daha çox vergi mühasibat uçotu sahəsində təcrübəsi olan mütəxəssisləri işə götürürlər.

Vurğulamaq lazımdır ki, təkcə 2019-cu ildə hər min sahibkarlıq subyektinə 2 səyyar vergi yoxlaması düşüb. Yoxlamaların azaldılması, sahibkar məmur münasibətlərinin minimuma endirilməsi sahibkarları elektron yazışmalara üstünlük verməyə yönləndirir. Bu tendensiyanın hökm sürdüyü şəraitdə sahibkar biznesin inkişafına daha çox vaxt ayıra bilir öz biznesini inkişaf etdirir. Ən əsası isə odur ki, sahibkar artıq vergi orqanları ilə yaxından əməkdaşlıq edir, onunla tərəfdaşa çevrilir.

Nurəngiz ADİLQIZI,

Respublika”.