“Mən dərdin üzünə gülən anayam”
Region

“Mən dərdin üzünə gülən anayam”

Vətən müharibəsi şəhidi Həsən Səfər oğlu Həsənovun şəhadətinin ikinci ildönümü qeyd olundu. Tədbir iştirakçıları əvvəlcə şəhidin qəbrini ziyarət edib, ruhuna dualar oxudular . 

Anım mərasimində Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad Rayon İcra Hakimiyyətinin məsul işçsi Nurağa Rüstəmov, YAP rayon təşkilatının sədri Varis Rüstəmov, rayon Veteranlar Şurasının sədri Faiq Hüseynov, rayon Ağsaqqallar Şurasının sədri Eyvaz Fərzəliyev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin nümayəndələri, din xadimləri, şəhid ailələri və Quruzma kənd ictimaiyyəti iştirak etdilər. Tədbirdə Nadir Quliyev, Varis Rüstəmov, Nurağa Rüstəmov, Faiq Hüseynov şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə keçirilən belə tədbirlərin daimi olacağını vurğuladılar. Qeyd olundu ki, anım tədbirləri eyni zamanda gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyət kəsb edir.

Rayon Ağsaqqallar Şurasının sədri Eyvaz Fərzəliyev, şəhid ataları Fəzail Cəfərov, İxtiyar Mayılov çıxış etdilər. Şəhid anası Minə Hüseynova Vətən uğrunda ali məqama yüksələn oğul böyütmüş analara  qürurlu ömür yaşamağı, səbirli və təmkinli olmağı arzu elədi. Sonda məktəblilərin ifasında vətənə və şəhid analarına həsr olunan “Mən dərdin üzünə gülən anayam” şeiri səsləndi.

Tofiq HÜSEYN,

“Respublika”.