MƏNƏVİ DƏYƏRLƏRİN TƏBLİĞİ MÖVZUSUNDA TƏDBİR
Region

MƏNƏVİ DƏYƏRLƏRİN TƏBLİĞİ MÖVZUSUNDA TƏDBİR

Yevlax Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə rayondakı dini icma sədrləri və din xadimləri üçün "Mənəvi dəyərlərin təbliği: mövcud vəziyyət və perspektivlər" adlı seminar təşkil olunub.

Seminarda Yevlax Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Hümbət Əhmədov bu sahədəki ümumi vəziyyət barədə məlumat verib. Sonra çıxış edən Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev bildirib ki, ölkəmizdə mənəvi dəyərlərin və onun tərkib hissəsi olan dini dəyərlərin sağlam müstəvidə təbliğ edilməsi böyük əhəmiyyət kəsb edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbə müdiri Natiq Əfəndiyev rayondakı din xadimləri və dini icma sədrlərinin fəaliyyəti haqqında danışıb.

Seminarda Fondun sifarişi əsasında hazırlanan “Ən ali zirvə - Şəhidlik” sənədli filmi nümayiş olunub və iştirakçılara Fondun nəşr etdirdiyi ədəbiyyat paylanıb. Sonda din xadimləri ilə fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.

Zabit XƏLİLOV,

“Respublika”.