Mərkəzi Seçki Komissiyası 2023-cü ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub
Siyasət

Mərkəzi Seçki Komissiyası 2023-cü ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub

Dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 6 milyon 334 min 178 seçici daxil edilib

Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, cari il yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilərək dəqiqləşdirilməsinə başlanılıb. Təqribən beş ay ərzində ardıcıl sistemli şəkildə həyata keçirilən əhatəli prosesdən sonra 2023- il üzrə daimi seçici siyahılarının hazırlanmasına yekun vurulub.

Bu barədə AZƏRTAC-a Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media kommunikasiya şöbəsindən məlumat verilib.

Qeyd edək ki, seçki qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hər ilin əvvəlindən daimi seçici siyahıları müvafiq icra hakimiyyəti orqanları bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə dairə seçki komissiyaları tərəfindən tərtib olunduqdan sonra MSK-ya təqdim edilməlidir. Bununla bağlı müvafiq işlər görüldükdən sonra seçici siyahıları mayın 30-dək müvafiq seçki komissiyaları tərəfindən təsdiqlənməli dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə olunmaqla ictimailəşdirilməlidir. Builki daimi seçici siyahılarının tərtib edilib dəqiqləşdirilməsi Seçki Məcəlləsinin yuxarıda vurğulanan tələblərinə uyğun gerçəkləşdirilib.

Siyahıların tərtib edilib dəqiqləşdirilməsinə aşağı seçki komissiyalarının 38 mindən artıq üzvü cəlb olunub bütün proses boyunca Daxili İşlər Ədliyyə nazirliklərinin müvafiq orqanları, yerli icra strukturları bələdiyyə qurumları ilə sıx əməkdaşlıq edilib. Bu müddət ərzində MSK-nın 115 nömrəli qaynar xətti internet səhifəsindəki onlayn müraciət imkanı daim seçicilərin ixtiyarında olub, rəqəmsal platformalarda seçiciləri siyahılarda adlarını yoxlamağa dəvət edən posterlər yerləşdirilib bütün bunlar görülən işlərin səmərəliliyinin daha da artırılmasında önəmli rol oynayıb. Həmişə olduğu kimi, bu il siyahıların tərtib edilərək dəqiqləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən texniki imkanları daha da təkmilləşdirilən xüsusi proqram təminatlarından geniş istifadə edilməsi prosesin bütünlüklə effektiv aparılmasına seçici siyahılarının yüksək standartlara uyğun tərtib çap olunmasına əhəmiyyətli töhfələr verib.

Mayın 26-da MSK üzvləri media təmsilçilərinin iştirakı ilə Komissiyanın inzibati binasında vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantına baxış keçirilib siyahıların saxlanma şəraiti ilə tanışlıq olub. Məlumat verilib ki, vahid seçici siyahılarının yenidən tərtib edilməsi, yoxlanılması dəqiqləşdirilməsində fasiləsiz onlayn rejimdə fəaliyyət göstərən dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlardan geniş istifadə edilib. "Seçkilər" informasiya şəbəkəsi üzərindən həyata keçirilən interaktiv ani məlumat mübadiləsi seçici siyahıları ilə bağlı görülən işləri daha da sürətləndirib, seçici siyahılarına daxil edilən seçicilərin məlumatlarının orfoqrafik təftişi, təkrar oxşar seçici məlumatlarının hərtərəfli təhlil edilərək müvafiq addımların atılması, nöqsanların aradan qaldırılması, o cümlədən seçici siyahılarının keyfiyyətlə hazırlanması çap olunmasını təmin edib.

Seçici siyahılarının çapı saxlanması şəraiti ilə tanışlıqdan sonra Məzahir Pənahovun sədrliyi ilə MSK-nın iclası keçirilib. İclasda 2023- ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiqi ictimailəşdirilməsi məsələsinə baxılıb. Aparılan geniş müzakirələr zamanı Komissiya üzvləri bütün digər vasitələrlə bərabər, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da faydalanmaqla siyahıların dəqiqləşdirilməsi prosesinin görülən işlərin daha da təkmilləşdirildiyini, səmərəliliyin yüksəldiyini xüsusi qeyd ediblər.

İclasda cari ilin əvvəllərindən may ayının sonunadək reallaşdırılan irimiqyaslı fəaliyyət barədə ətraflı məlumat verilib.

Sədr M.Pənahov dəqiqləşdirmə prosesinə yaxından köməklik göstərən Daxili İşlər Ədliyyə nazirlikləri, yerli icra hakimiyyəti orqanları, digər aidiyyəti qurumlara təşəkkürünü bildirib.

Komissiyanın iclasında 2023- ilin daimi seçici siyahılarının tərtib edilməsi dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək, siyahıların məntəqə dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilməsinə, tərtib edilmiş seçici siyahılarının qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müddətdə təsdiq olunması işinin müvafiq dairə seçki komissiyalarına həvalə edilməsinə, Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək, Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiqləndikdən sonra Komissiyanın internet saytında yerləşdirilməklə ictimailəşdirilməsinə qərar verilib.

Məlumat üçün qeyd edək ki, dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 6 milyon 334 min 178 seçici daxil edilib. Onların 47,44 faizi kişi, 52,56 faizi isə qadınlardır.

Tədbirdə, həmçinin MSK-nın cari il aprelin 12- keçirilmiş iclasının protokolu təsdiq olunub bir sıra seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.