Məsələlərin bir qismi yerində həllini tapır
Bölgələr

Məsələlərin bir qismi yerində həllini tapır

Əhali ilə keçirilən səyyar qəbullar öz səmərəliliyi ilə təsirli olur. Bu qəbullar görüntü xarakteri daşıdıqda, qarşıya çıxan çətinliklərin aradan qaldırılması heç şübhəsiz ki, əlavə problemlər yaradır. Bu baxımdan Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun keçirdiyi səyyar qəbullar əhali tərəfindən razılıqla qarşılanır. Bu günlərdə icra başçısı Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl Rayon İcra Hakimiyyətinin qərargahında rayon sakinləri ilə səyyar qəbul keçirdi. Cəbrayıl Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri və rayon sakinlərinin iştirak etdiyi görüşdə rayon icra hakimiyyətinin başçısı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə ölkəmizdə, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışdı.

Qəbul zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapdı, bəzi məsələlərin həlli isə nəzarətə götürüldü. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.

Tofiq HÜSEYN,

“Respublika”.