Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası
Digər xəbərlər

Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası

Nəsimi rayon Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib. Bu barədə 27 may qurumdan verilən məlumatda bildirilir.

İclasda qeyri-rəsmi məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu işdə mövcud olan problemlərin aradan qaldırılması, əlaqələndirmə komitəsinin işinin səmərəli təşkil edilməsi və digər məsələlər haqqında müzakirələr aparılıb.

İclası giriş sözü ilə açan RİH başçısının müavini, Nəsimi rayon Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin sədri Zahid Xəlilov bildirdi ki, Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində məşğulluq sahəsində razılaşdırılmış qərarların hazırlanması məqsədi ilə həmkarlar ittifaqının, işəgötürənlərin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın, aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin mənafeyini təmsil edən ictimai birliklərin bərabər sayda nümayəndələrindən ibarət məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri yaradılması nəzərdə tutulmuşdur.

Natiq çıxışına davam edərək məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsinin fəaliyyəti, müvafiq inzibati ərazi vahidində qeyri-formal məşğulluğun səviyyəsinin azaldılması və “Nəsimi rayonu üzrə 2023-ci il Ərazi Məşğulluq proqramı”na uyğun olaraq cari dövr ərzində görülmüş işlər barədə komitə üzvlərinə məlumat vermişdir.