Məşğulluğun təkmilləşdirilməsi günün tələbidir
Region

Məşğulluğun təkmilləşdirilməsi günün tələbidir

Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Şəhər Ağsaqqallar Şurasının təşəbbüsü və təşkilatçılığı ilə  "Yüngül sənayenin inkişafının idxalın azalmasında, kənd təsərrüfatının və məşğulluğun təkmilləşdirilməsində rolu" mövzusuna həsr edilmiş konfrans keçirilmişdir.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nürəddin Məmmədov, Şura üzvləri, YAP Gəncə Şəhər Təşkilatı, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. İlk öncə, dövlət rəsmiləri Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək böyük ehtiramla yad ediblər. Şəhər icra hakimiyyətinin akt zalında, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, konfrans öz işinə başlayıb. Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri professor Nürəddin Məmmədov iclası açaraq, 44 günlük  Zəfər tariximizdən danışaraq bildirib ki, Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev   Gəncədə yüngül sənayenin inkişafından, gələcək perspektivlərdən ətraflı söhbət açıb. Azərbaycan Ağsaqqallar Şurası  sədrinin müavini Bayram Yusifov ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyası sayəsində Azərbaycan dünyanın nəhəng dövlətlərilə ikitərəfli, bərabərhüquqlu və çoxşaxəli münasibətlər yaratmasından və inkişafından danışıb.

Konfrans yüksək fəallıq, diskussiya şəraitində keçmişdir.

Zabit XƏLİLOV, 

 "Respublika".