Məşhur pambıq ustası Tərlan Musayevanın  Ulu Öndərlə bağlı xatirələri
Sosial həyat

Məşhur pambıq ustası Tərlan Musayevanın  Ulu Öndərlə bağlı xatirələri

Haqqında çox yazılıb, həyat yolunu əks etdirən sənədli film çəkilib, vaxtilə Azərbaycanda, habelə keçmiş sovetlər birliyində məşhur olub, tanınıb. Ömrünün gənclik çağında, 23 yaşında SSRİ Ali Sovetinə deputat seçilib, zəhməti, alın təri ilə ucalıb, qabarlı əllərinin hesabına taleyi üzünə gülüb. Sadə kəndli ailəsində dünyaya göz açıb, 1955-ci il yanvarın 22- Bərdə rayonu Kələntərli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bərdə şəhərindəki 105 saylı peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, kolxozda ilk əmək fəaliyyətinə başlayıb.

Qeyd edək ki, ötən əsrin 70-ci illərində qızlar arasında maşınla pambıq yığmaq çox geniş vüsət almışdı. O da arzularının işığında həmin qızlardan biri oldu. Haqqında söhbət açdığımız, qazandığı nailiyyətlərə görə orden medallarla təltif edilən, əmək qəhrəmanı, sadə olduğu qədər səmimi bir insan olan Tərlan Musayevanın həyatında elə bir dönüş baş verir ki, bu, onun gələcək taleyinə işıq salır, diqqət qayğı ilə əhatə olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyevlə tanış olduğu günü yaxşı xatırlayır, deyir ki, həmin gün sevincimin həddi-hüdudu yox idi, inana bilmirdim ki, mənim əllərimi sıxan, söhbət edən, ailə vəziyyətimlə maraqlanan o dahi insan idi. Elə bil yuxu görürdüm, gənc, sadə bir qız üçün Heydər Əliyevlə görüş sözə sığan deyil, bu bir tale payı, həyat dastanıdır. Üstündən yarım əsrdən çox keçsə , həmin görüşü Tərlan xanım həyəcanla xatırlayır, yenə həmin günlərə qayıdır deyir:

- Gənc mexanizator kimi, üç il idi ki, maşınla pambıq yığırdım. Bir gün çiskinli hava var idi belə havalarda kombayn yaxşı işləmirdi. Pambıq tarlasının kənarında dayanmışdıq. Həmin vaxt dedilər ki, Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev bizim işlədiyimiz sahəyə gəlir, hamı əl-ayağa düşdü. Maşından düşən kimi bizim yanımıza gəldi, işimizlə, güzəranımızla maraqlandı sonra dedi ki, kombaynla pambıq yığımına baxmaq istəyirəm. Mən heç fikirləşmədən o anda cəld sükan arxasına əyləşdim. Deyəsən, cəsarətim xoşuna gəldi. Ölkə başçısı hər dəfə Bərdəyə gələndə mütləq bizim sahələrə baş çəkirdi. Görüşlərimizin biri qəflətən, heç gözləmədiyimiz bir vaxtda olmuşdu. Sahənin başına çıxanda gördüm ki, maşın karvanı gəlib Heydər Əliyev buradadır. Mənim üst-başım toz, hətta kirpiklərimdən toz tökülürdü. Əlimi arxada gizlətdim dedim ki, "Xoş gəlmisiniz!". Mənə yaxınlaşıb soruşdu ki, əlini niyə gizlədirsən? Dedim, yoldaş Əliyev, kombayn sınmışdı, onu təmir edirdim. Toz-torpağın içində mənim alnımdan öpdü. qədər sadə insan idi.

Tərlan Musayevanın ömür yolu mexanizatorluqdan Bərdə Rayon Sovetin sədri vəzifəsinə, Milli Məclisin deputatına qədər çox mənalı yaddaqalan olub. Ağdam Kənd Təsərrüfatı Texnikumunu, Gəncə Kənd Təsərrüfatı Akademiyasını Dövlət İdarəçilik Akademiyasını bitirib. Müxtəlif vəzifələrdə işləyəndə ötən əsrin 90- illərində yaranmış ağır böhranlı, eyni zamanda çox çətin illərdə Tərlan xanım Heydər Əliyevin qayğısını heç zaman unutmayıb. 1993- ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, hazırda Prezident təqaüdçüsüdür. Üç övlad anası iki nəvənin nənəsidir. Tərlan xanım danışır ki, ulu öndər həmişə rayona gələndə mənimlə görüşərdi. 1979-cu ildə Bərdəyə səfər edəndə başqa tarlaya gedib. Geri qayıdanda soruşub ki, indi hara getməliyik? Bildiriblər ki, ümumrayon iclası olacaq. Bəs mən Tərlanla görüşməyəcəm? Dərhal maşını Tərlanın sahəsinə sürün, - deyib bu dahi insan. Xəbər gəldi ki, Heydər Əliyev sizin sahəyə gəlir. Həyəcanlandıq, axı Heydər Əliyev gələndə biz adətən yolları təmizləyirdik, ağacları əhəngləyirdik, bir sözlə, səliqə-sahman yaradırdıq. Çünki ən əziz qonağımızı qarşılayırdıq. Dedim ki, gəlin Heydər Əliyevi bu dəfə fərqli formada, duz-çörəklə qarşılayaq. Çantamda lavaş vardı. Bir sininin içinə təmiz çay dəsmalı sərib lavaş duz qoydum. Heydər Əliyev maşından düşüb mənə tərəf gələrək salamlaşdı, dərhal padnosu uzadıb dedim: - Yoldaş Heydər Əliyev, siz bizim kəndimizə qonaq gəlmisiniz. Xahiş edirəm bu duz-çörəkdən kəsin! Cavabında ulu öndər , bu halal çörəkdir lavaşı götürəndə "Naxçıvan lavaşı yadıma düşdü, amma Ordubad pendiri olsaydı, lap əla olardı", - dedi. Mən yanımda dayanan Həcər xalaya yavaşca dedim ki, çantamda pendir var, tez onu gətir. Dedim ki, yoldaş Əliyev, Ordubad pendirimiz yoxdur, amma Qarabağ pendirimiz var. O da pendirdən bir az götürüb lavaşa bükərək iştahla yedi dedi ki, çox gözəl dadır".

Həyat sədaqətli, etibarlı insanları sevir, şan-şöhrət qapısını döyəndə sadəliyini, səmimiyyətini itirməyən, bir kimsəsizin qolundan yapışan, onu qoruyan insanlar cəmiyyətimizin sərvəti döyünən nəbzidir. Mənəviyyatı zəngin, ailə bağlarının keşiyində dayanan, övlad böyüdən, el-obanın xeyir-şərində köməyə çatan, kimsənin qəlbinə dəyməyən Tərlan xanım bəzi dönəmlərdə təzyiqlərlə üzləşsə , heç vaxt sözündən, əqidəsindən dönməyib. Deyir ki, həm bu günümə, həm keçmişimə, həm gələcəyimə görə göydə Allahıma, yerdə Heydər Əliyevə borcluyam. Ulu öndər haqqında günlərlə danışsam, yenə kifayət etməz. Onunla bağlı fikirlərim, xatirələrim həddindən artıq çoxdur. Məni Tərlan Musayeva edən o kişi olub, mən ondan daim atalıq qayğısı görmüşəm. Dahi insan mənə övladlarından biri kimi yanaşıb, qayğı, diqqət göstərib. İstər birinci hakimiyyəti dönəmində, istər ikinci hakimiyyəti dönəmində həmişə mənimlə maraqlanıb. Ulu öndər Heydər Əliyevlə hər iki hakimiyyəti dövründə birgə çalışdığım üçün özümü xoşbəxt hesab edirəm. Heydər Əliyev dövlət rəhbəri idi, mən isə sadə bir əmək adamı idim. Böyük şəxsiyyətin sayəsində iki dəfə SSRİ Ali Sovetinin deputatı olmuşam. Müstəqillik dövründə ilk deputatlardan biri mən idim. Mən adi bir kənd qızıydım, onun diqqəti, qayğısı ilə məşhur bir Tərlan oldum.

Prezident təqaüdçüsü Tərlan Musayeva deyir ki, görkəmli siyasi xadim Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik etdiyi zaman tez-tez respublikanın bölgələrinə səfərlər edir, əmək adamları ilə görüşür, bölgələrin inkişafına xüsusi diqqət yetirirdi. Hansı rayona səfər edirdisə, mütləq sadə insanlarla, əmək adamları ilə, gənclərlə görüşür, onlarla səmimi söhbət edirdi. Həmin illərdə dahi şəxsiyyət Bərdə rayonuna daha çox diqqət qayğı göstərib. Ulu öndər Bərdəyə səfərləri zamanı əkinçiliklə, maldarlıqla, pambıqçılıqla, ümumiyyətlə, təsərrüfatın bütün sahələri ilə yaxından maraqlanır, özü şəxsən sahələrdə, tarlalarda olur, iclaslar keçirərək gördüklərini təhlil edir, tapşırıqlar verirdi. Həmişə rayonun abadlaşdırılması, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, pambıqçılığın, taxılçılığın inkişaf etdirilməsi üçün tapşırıq tövsiyələrini verirdi. Heydər Əliyevin ideyaları əbədi yaşayır, qalib gəlir qədər Azərbaycan var, yaşayacaqdır.

Salman ALIOĞLU,

"Respublika".