Məzarlıqlardan da qisas almaq yalnız ermənilərə yaraşan hərəkətdir
Siyasət

Məzarlıqlardan da qisas almaq yalnız ermənilərə yaraşan hərəkətdir

Azərbaycan xalqına qarşı kin-küdurət bəsləyən, onun torpaqlarına yiyələnib maddi-mədəni irsinə sahib çıxmaq istəyən ermənilər bu alçaq niyyətlərini zaman-zaman, mərhələ-mərhələ həyata keçirmişlər. Tarixin bütün dövrlərində xalqımızın mədəni irsini öz adına çıxmaq, bu mümkün olmadıqda isə onu məhv etmək üçün hər vasitəyə əl atan mənfur qonşularımız öz havadarlarının dəstəyi ilə müəyyən mənada buna nail də ola bilmişlər. Bəzən onlara haqq verənlər də tapılmış, "biçarə ermənilərin" mədəni irsinin azərbaycanlılar tərəfindən məhv olunduğu iddiası ilə çıxış edənlər də az olmamışdır. Belə ki, bu il mart ayında Avropa Parlamenti "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında" qərəzli qətnamə qəbul edərək Azərbaycanın Qarabağda erməni mədəni irsini məhv etdiyini və bu hərəkətlərlə beynəlxalq hüquq normalarını pozduğunu bildirmişdir. Ermənipərəst qüvvələrin yüksək səs çoxluğu ilə qəbul etdikləri bu qətnamədə Azərbaycanın bölgədə erməni irsinin qəsdən məhv edilməsi siyasəti aparması, tarixi saxtalaşdırması, beynəlxalq hüquq normalarını pozduğu, erməni kilsələri üzərindəki yazıları sildiyi vurğulanır. Qeyd olunur ki, ermənifobiya, ermənilərə qarşı kin, nifrət bəsləyən azərbaycanlılar "erməni mədəni irsinin" silinməsi siyasətini həyata keçiriblər. Avropa Parlamenti Qarabağda "xristian mədəniyyəti abidələrinin zədələnməsi və dağıdılmasından" ciddi narahatlığını bildirmişdir.

Lakin işğal etdiyi torpaqlarımızda dünya dövlətlərinin gözü önündə beynəlxalq hüquq prinsiplərinə, BMT və ATƏT-in qərar və qətnamələrinə məhəl qoymayaraq misli görünməmiş vəhşiliklər, vandalizm aktları həyata keçirən, 30 il ərzində Azərbaycanın şəhər və kəndlərini yer üzündən silən, tarixi abidələrini, mədəni irsini məhv edən, dini inanc yerlərini murdarlayan ermənilərin əməllərinə göz yuman UNESCO 30 il ərzində bir dəfə də olsun narahat olmamışdır. Əksinə, UNESCO-nun laqeyd münasibəti nəticəsində ermənilər Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mədəni irsini yer üzündən silməkdən heç vaxt əl çəkməmişlər. Vandal, dağıdıcı ermənilər 1949-cu ildə qəbul edilmiş "Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında" Cenevrə Konvensiyasının, 1954-cü ildə "Quru müharibəsinin qanun və adətləri haqqında" IV Haaqa Konvensiyasının, habelə insan hüquqları sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozmuşlar. Vandal, dağıdıcı ermənilərin xalqımıza məxsus tarixi abidələri, məzarlıqları, məscidləri dağıtmasına bəzi dövlətlərin, beynəlxalq təşkilatların görməzdən gəlməsi onların əl-qolunu açmış, çirkin əməllərinin sayını daha da artırmışdır.

Azərbaycan İkinci Qarabağ müharibəsində ərazilərini işğaldan azad etdikdən sonra bu torpaqlarda dağıdılmış, yaxud da erməniləşdirilmiş məscidlərin, türbələrin qəbiristanlıqların, ümumiyyətlə Azərbaycan xalqına məxsus bütün mədəniyyət abidələrini dünyaya nümayiş etdirmişdir. 2020-ci ilin noyabr ayında işğaldan azad edilmiş Ağdam şəhərində olarkən dövlət başçımız İlham Əliyev demişdir: "Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb?..".

Azərbaycanın dövlət başçısının bu çıxışı bir daha Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin UNESCO tərəfindən araşdırılması üçün missiyanın yaradılması təklifinin aktuallığını önə çıxarır.

İşğaldan azad olunmuş torpaqlarımızda erməni vəhşiliyinin saysız-hesabsız izləri var. Belə ki, İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndi ərazisində aparılan ilk axtarışlar zamanı 1993-cü ildə Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş 25 nəfər Azərbaycan Silahlı Qüvvələrinin hərbçisinin olduğu güman edilən kütləvi məzarlığın aşkar edilməsi, üzərindəki paltar və əşyalardan Azərbaycan əsgərləri olduğu müəyyən edilən insanların yaxın məsafədən güllələnərək edam edilməsi və kütləvi surətdə dəfn olunması bu vəhşiliyin bariz nümunəsidir. Bu günlərdə isə vəhşi, vandal, Azərbaycan xalqının əzəli düşməni olan ermənilərin daha bir alçaq əməli gündəm olub. Belə ki, sosial şəbəkələrdə, teleqram kanallarında azərbaycanlılara məxsus qəbiristanlığın, oradakı məzar daşlarının yük maşınları ilə dağıdılmasını əks etdirən görüntülər yayımlanıb. Məkan dəqiq bilinməsə də, geolokasiya zamanı Basarkeçər rayonunda dəfn edilmiş azərbaycanlıların qəbiristanlığı hesab edilən məzarlığın dağıdılması ermənilərin növbəti vandalizm aktıdır. Azərbaycan xalqının mədəni irsini dağıtmaq, bununla da bu torpaqlardan Azərbaycan xalqının izini silmək ermənilərin həyata keçirdiyi ilk hadisə deyil. Bu onlara yaranışdan "bəxş olunan" xislətdir.

Müharibə zamanı döyüş meydanında qəhrəman Azərbaycan oğullarının qarşısında tab gətirə bilməyərək qaçıb gizlənən, fərarilik edən, dinc əhalini gülləbarana tutan ermənilərin məzarlıqlardan da qisas alması yalnız onlara yaraşan hərəkətdir.

Mehparə ƏLİYEVA,

"Respublika".